- Xidmətlərin siyahısı:
Sahəsi 500 m2 çox olan bütün binalar, inzibati obyektlər və ticarət obyektləri, otellər və s. üçün AİS istifadəsi məqsədəuyğun hesab olunur. Binanın bütün həyat təminatı sistemləri ABİS (avtomatlaşdırılmış bina idarəetmə sistemləri) və ya BMS (building management systems) vasitəsilə avtomatlaşdırılır
Ölkəmiz üçün nisbətən yeni olmasına baxmayaraq, binaların avtomatlaşdırılması prosesi artıq bir çox binalarda və dövlət əhəmiyyətli obyektlər (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Neft Fondu) daxil olmaqla, iri obyektlərdə (Baku Crystal Hall, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı) tətbiq olunaraq, uğurla fəaliyyət göstərir.
ABİS-nin vacibliyi enerji resurslarının maksimal dərəcədə səmərəli istifadəsini və mühəndis sistemlərinin düzgün istismarını tələb edən irimiqyaslı qurğuların sayının artmasından irəli gəlir. Sensorların göstəricilərinə əsaslanan ABİS ətraf mühit dəyişikliklərinə avtomatik rejimdə cavab verir, seçilmiş göstəricilərin müəyyənləşdirilmiş dəyərlərə daimi uyğunluğunu təmin edir.
30+ uğurla başa çatmış layihə
Artan istifadə səmərəliliyi hesabına enerji resurslarına çəkilən xərclər azalır, nəticədə ABİS-nə sərf edilmiş maliyyə vəsaiti özünü tamamilə doğrultmuş olur. Mühəndis sistemlərinin monitorinqi funksiyası və proqramlaşdırılan ssenarilər sayəsində ABİS yaranan problemləri daha operativ şəkildə aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bu, təhlükəsizliyin artmasına zəmanət verir, texniki həllərin qəbul edilməsini asanlaşdırır, çoxsaylı xidməti işçi heyətini saxlamaq zərurətini aradan qaldırır. ABİS-nin əlavə üstünlüyü texniki işçi heyəti, istifadəçilər/işçilər üçün binada daha rahat şəraiti təmin etməsidir.
Kibrit şirkətinin BMS Şöbəsi 2010-cu ildən bu günədək quraşdırılmış sistemlərə uğurla texniki dəstək göstərir, həmçinin yeni obyektlər üçün avtomatlaşdırma sistemlərinin inteqratoru kimi çıxış edir. Şirkətin müştəriləri arasında Baku Crystal Hall, AzInTelecom, Dənizkənarı Bulvar İdarəsi, “Şeytan çarxı” layihəsi, “Bravo” marketlər şəbəkəsi, JW Marriott Absheron Baku və digərləri var. Müvafiq ixtisaslaşma səviyyəsi olmadan bu dərəcədə iri obyektlərdə işlərin aparılması mümkün olmazdı. Məhz buna görə ABİS-nin hazırlanması sahəsində malik olduğumuz səriştəyə dair növbəti məqamları qeyd etmək istərdik:
Biz Azərbaycanda Siemens, Johnson Controls və Sauter şirkətlərini tərəfdaş kimi birləşdirən yeganə qurumuq
Ən əsası isə daima öz üzərimizdə çalışır və müasir zamanın “nəbzini tuturuq”. Tərəfdaş statusunun əldə olunması lazımi bilik və ixtisaslaşma səviyyəsinin təsdiqlənməsi üçün imtahanlardan və sertifikasiyadan keçməyi nəzərdə tutur. Kadrlarımız bütün zəruri mərhələlərdən uğurla keçib.
İstifadə rahatlığı üçün biz sistemlə yanaşı sifarişçilərə onların şəxsi istəkləri nəzərə alınaraq, dünya standartlarına uyğun olaraq hazırlanmış unikal istifadəçi interfeysi təqdim edirik. Bu interfeys yalnız fərdi kompüterlərdə deyil, mobil cihazlarda da dəstəklənir.