Aramis – işçi resurslarının idarə edilməsi və akkreditasiyası üçün nəzərdə tutulmuş proqram təminatıdır. Bu çözüm növbəti növ tədbirlərin təşkili zamanı istifadə edilə bilər: idman, sərgi, konsert, əyləncə və digər tədbirlər. İstifadə edilmiş çevik texnologiyalar və adapitv interfeys sayəsində Aramis-i hər bir konkret müştərinin spesifik tələbləri və iş proseduralarına asanlıqla uyğunlaşdırmaq olar.

Əsas imkanları

Aramis işçi resurslarının idarə edilməsinin həyat dövrünü bütövlüklə əhatə edən altı moduldan ibarətdir:

İntervülərin götürülməsi

Bu modul sayəsində könüllüləri avtomatlaşdırılmış SMS-paylama vasitəsilə intervüyə dəvət etmək, sorğu vərəqəsi əsasında intervü keçirmək və həmin intervünün nəticələrini qeydə almaq olur.

Qeydiyyat

Bu modul sayəsində tədbirin rəsmi internet-səhifəsində qeydiyyatdan keçmiş könüllülər lazımi anketi doldurur və gələcək intervü tarixini seçir.

Treninqlər

Bu modul sayəsində treninqlər cədvəlini tərtib etmək, könüllüləri həmin treninqlərə dəvət etmək və onların iştirak təsdiqlərini qeydə almaq, həmçinin treninqlərdə iştirak statistikasını aparmaq olur.

İş qrafikləri və Növbələr siyahısı

Bu modul sayəsində tədbirlə bağlı hər bir tarix və yerləşməyə dair iş qrafiklərini hazırlamaq, həmin qrafiklərə müvafiq növbə siyahılarını tərtib etmək olur.

Akkreditasiya və Uniforma

Bu modul sayəsində bütün heyət (ştat işçilər, könüllülər, podratçılar və s.) üçün müxtəlif daxilolma ixtiyarları və imtiyazlar təyin etmək, uniformaların paylanılmasını təşkil etmək olur.

Nəzarət buraxılış və Hesabatlar

Bu modul sayəsində tədbir yerləşmələrinə daxilolmanın növbələr siyahısına uyğun həyata keçirilməsini təmin etmək, heyət üçün lazımi ərzaq miqdarını hesablamaq və müvafiq hesabatlar formalaşdırmaq olur.

Uğurlu istifadə

Aramis aşağıda qeyd edilmiş tətbirlərdə uğurla inteqrasiya edilib:

  • EYOF 2019
  • Baku City Circuit — Formula 1 Azərbaycan Qran Prisi 2016–2019
  • Beynəlxalq Musiqi Festivalı “Жара”, 2017–2019
  • Uşaq Musiqi Festivalı “Зима”
  • Filip Kirkorovun Şou Konserti “Я”
  • Aygün Kazımovanın Şou Konserti
  • Nikolay Baskovun Şou Konserti — “Игра”

Daha çox məlumat əldə etmək istəyirsiniz?

Təqdimatı sifariş etmək üçün və ya demo əldə etmək üçün bizə yazın hello@kibrit.tech.