Border sistemi ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarının sistemləri ilə inteqrasiya edilir və GSM-şəbəkəyə qoşulmuş bütün mobil qurğuları real-vaxt rejimində monitorinq edir. Şəbəkəyə yeni qurğu qoşulan kimi, sistem həmin qurğu üçün məcburi qeydiyyat prosesini işə salır.
Bu növ sistemlərin sifarişçisi rolunda, bir qayda olaraq, dövlət strukturları çıxış edir. Border modullu arxitekturaya malikdir və bu səbəbdən, konkret qanunvericiliyə və mobil operator infrastrukturuna uyğunlaşdırıla bilər.
Əsas imkanları
Mobil qurğulara dair verilənlər bazası
Qeyri-qanuni yolla idxal edilmiş və/və ya sertifikatlaşdırılmamış qurğuların mobil operator şəbəkəsində aşkar edilməsi (məcburi qeydiyyat prosesini işə salmaq və ya qurğunu bloklamaq məqsədilə).
Qanunvericiliyə dəstək
Mobil qurğuların oğurlanması hadisələrinin sayının azaldılması (oğurlanmış qurğuların aşkar edilib bloklanması sayəsində). İMEİ-kodu klon edilmiş və/və ya etibarsız olan qurğuların aşkar edilməsi və onların istifadəsinin qarşısının alınması.
Marketinq funksiyaları
Mobil qurğuların vahid bazasının mərkəzləşdirilmiş monitorinqi, bazaya nəzarət, onun idarə edilməsi və analizi. İdxal edilən mobil qurğular bazarının monitorinq və nəzarət edilməsi.
Kommersiya funksiyaları
Mobil rabitə operatorlarına növbəti imkanların təqdim edilməsi: müəyyən növ qurğulara dair kampaniyalar keçirilmək, həmçinin həmin kampaniyalar çərçivəsində satılmış qurğuların digər operator şəbəkələrində istifadəsinin qarşısını. Bank və pərakəndə satış müəssisələrinə növbəti imkanların təqdim edilməsi: kredit və ya lizinq şərtlərini pozduğu halda müştərinin mobil qurğusunun istifadəsinə qadağa qoymaq.
Uğurlu istifadə
MCQS layihəsi çərçivəsində bu sistemin uğurlu hazırlanmasına görə şirkətimiz Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mükafatla təltif olunmuşdu.
Daha çox məlumat əldə etmək istəyirsiniz?
Bizə yazın: hello@kibrit.tech.