Başqasının kontentini oğurlamayın və qətiyyən mənimsəməyin.
Başqasının şəklini paylaşırsınızsa, profili mütləq qeyd edin. Bir istifadəçinin sosial şəbəkələrə hər hansı bir şəkilini yerləşdirməsi sizə müəllif hüquqlarına riayət etmədən paylaşmağa icazə vermir. Eyni qayda mətn kimi digər məzmun növlərinə də aiddir. İzləyicilərinizlə maraqlı materialı bölüşmək istəyirsinizsə, mənbəni göstərin. Başqalarının əməyinə hörmət edək!
İstənilməyən məsləhətlərlə gəlməyin.
Birincisi, bu, şəxsi sərhədlərin pozulmasıdır. İkincisi, tamamilə hörmətsizlikdir. Bəs niyə belə sadə qayda sosial mediada işləmir? “Blogger ictimai şəxsdir, özü fotolar yükləyir və bununla da abunəçiləri hər cür şərh yazmağa sövq edir” arqumentləri son dərəcə absurddur. Ona görə də biz ancaq adamın özü soruşanda məsləhət və qiymət veririk.
Əgər tənqid edirsinizsə, onda yalnız konstruktiv şəkildə edin.
Bundan öncəki qaydadan o nəticəyə gəlmək olar ki, əgər tənqid edirsinizsə, onda nəzakətlə və konstruktiv şəkildə edin. Unutmayın ki, insanlar fərqlidir və hər kəsin dünyanı fərqli qavrayışı var. Düşünməyin ki, yalnız sizin baxış bucağınız düzgündür. Obyektiv arqumentiniz yoxdursa, susmağı seçin. Onda dünya daha xoş niyyətli və mehriban olacaq!
Direct-ə hörmətlə yazın.
Sizi salamlayan, özünü təqdim edən və yalnız bundan sonra mesajının səbəbini yazan insanla ünsiyyət qurmaq daha xoşdur. Hər kəsin sizə borcu varmış kimi davranmamalısınız, yoxsa hələ çox cavab gözləyəcəksiniz. Əgər siz bu qaydaya əməl etmisinizsə, lakin cavab almamısınızsa, lütfən qəzəblənməyin - sadəcə olaraq mesajınız görülüb-görülmədiyini yoxlayın. Əgər siz hələ də əlaqə saxlaya bilməyibsinizsə və sual vacibdirsə, onda digər yollarla əlaqə yaratmağa çalışın - məsələn, poçt və ya digər messencerlər vasitəsilə. Zəng etmək heç də yaxşı fikir deyil, çünki həmin adamın məşğul olub-olmadığını bilmirsiniz.
Sual verməzdən əvvəl iki dəfə düşünün.
Məsələn, gödəkçənin haradan olduğunu və ya şam ağacı oyuncaqlarını haradan alındığı haqqında sual vermək istəyirsinizsə, öncədən postda, şərhlərdə və ya fotoşəkildə işarələrin olub olmadığını bir daha yoxlayın, ikinci halda. Başqasının vaxtına dəyər verin!
Dostlara, iş yoldaşlarına və hətta tanımadığınız insanlara dəstək olun.
Daha çox gözəl sözlər yazın, təriflər verin, bəyənmə və repostlarla dəstək olun. Bu həm tanış, həm də tanımadığınız insanlara aiddir. Gəlin bir-birimizə dəstək olaq və dünyanı bir az daha parlaq və mehriban edək!