Menyu

Xidmətlər


VAS və Rabitə Xidmətləri

 

VAS_services

1. Kütləvi SMS göndərilməsi - məlumat və reklam xarakterli SMS bildirişi xidmətidir. Şirkət və müştəri arasında rahat, səmərəli və etibarlı əlaqə yolunu təmin edir.

2. IVR yazılışı (Interactive Voice Response / İnteraktiv Səs Cavabı) - müxtəlif ssenarilərdən ibarət səsləndirilmiş avtomatik bir xidmətdir. Müştərinin texniki tələblərinə uyğun olaraq 3 dildə (AZ, EN, RU) təqdim edirik. IVR qoşulmuş nömrəyə zəng daxil olduqda, zəng edən həmin səs yazısını dinləyir.

3. Çağrı Mərkəzi xidmətləri.

  •  Şirkətdənkənar Çağrı Mərkəzi xidməti
  • Tele-satış və Tele-marketinq

Şirkətdənkənar Çağrı Mərkəzi xidməti.

Özünüzə aid Çağrı Mərkəzinin qurulmasına nail ola bilmirsinizsə, bizim Şirkətdənkənar Çağrı Mərkəzi xidməti sayəsində ixtisaslı kadrlarla fəaliyyət göstərən Çağrı Mərkəzinə sahib olmaqla yanaşı, vaxtınıza və maliyyə qaynaqlarınıza əhəmiyyətli dərəcədə qənaət edəcəksiniz.

Tele-satış və Tele-marketinq

Tele-satış və Tele-marketinq texniki infrastruktur, qaynar xətt, informasiya dəstəyi və müştəri rabitə idarəetmə modulu daxil olmaqla bir əlaqə mərkəzi vasitəsi ilə malların satışını təmin edir. Müştərilərinizin ehtiyaclarını daha yaxşı bilmək istəyirsinizsə, onların demoqrafik və davranış məlumatlarını nəzərə alaraq müştəri bazası qurun və beləcə müştərilərinizi qoruyun, satışlarınızı və şirkətinizin qazancını artırın. Bir sözlə, Tele-satış və Tele-marketinq xidmətlərindən istifadə edərək işinizi genişləndirin!

4. Imzalı Zəng

“İmzalı Zəng” xidmətinə qoşulun və zənginizə özünüz barədə məlumatları əlavə edin. Xidmət, istəyinizlə hər bir edilən zəngə imza qoymaq imkanı yaradır. Beləliklə, özünüz və ya biznes fəaliyyətiniz barədə məlumatları qarşı tərəfə birbaşa təqdim etmiş olursunuz. Eyni zamanda, imzanızda əhvalınızı, sizi ifadə edən fikirləri və ya zəng etdiyiniz şəxsə mesajınızı da yaza bilərsiniz.

5. ZəngimCELL

Zəngimcell xidməti Azercell abonentlərinə standart və darıxdırıcı çağırış siqnalını istədikləri musiqi parçası və ya fraqmentlə əvəzləmək imkanı verir. Adi zənglərə rəng qatmaq Azercell abunəçiləri üçün həmişə çox asan olmuşdu. Lakin cari tarixdən xidmətə abunə olan istifadəçilər, abunəlik müddətində limitsiz sayda Zəngimcell parçasını PULSUZ yükləmək imkanı əldə edirlər! İstənilən Zəngimcell kodunu 6070 nömrəsinə göndərməklə xidmətə qoşula bilərsiniz.
Musiqi parçalarının hamısı ilə aşağıda qeyd edilən səhifədə tanış ola və kodlarını əldə edə bilərsiniz:

www.zengim.az

Korporativ ZengimCELL-in yazılışı şirkət işçilərinin telefonlarına adi çağırış siqnalları əvəzinə korporativ bir melodiya və ya digər faydalı məlumatları quraşdırmağa imkan verən bir xidmətdir. Korporativ ZengimCELL şirkətinizin məhsulları və xidmətləri barədə xəbərlərin potensial müştərilərinizə çatdırılmasına və ümumiyyətlə markanızın reklamına kömək edir.

6. InfoCELL applet

InfoCELL xidməti vasitəsilə gündəlik xəbərlər, hava proqnozu, valyuta məzənnələri, hava yollarının uçuş cədvəli, ölkədaxili və dövlətlərarası qatarların hərəkət cədvəli, namaz vaxtları, endirimlər, teatr və kinoteatrların afişaları haqqında məlumatları, müxtəlif növ qoroskopları və bir çox başqa praktiki informasiyaları birbaşa telefonunuza ala bilərsiniz. Bunun üçün mobil telefonunuzdakı InfoCELL menyusundən müvafiq bölməni seçməyiniz kifayətdir. Geniş yayılmış Android əməliyyat sistemli cihazlarda InfoCell menyusu Azercell qovluğunda təklif olunur. iOS əməliyyat sistemli cihazlarda isə istifadəçilər “Ayarlar-Telefon-Sim Aplikasiyalar”a daxil olaraq, InfoCell münyusunü tapa bilər.