Uğurlarımızın əsaslıca səbəblərindən biri özünü düzgün ifadə edə bilmək qabiliyyətidir.
Özünüzü düzgün ifadə bilməyin əsas açarı – özgüvəndir, özünə inamdır. Bu prosess tamamilə psixoloji məsələdir. Siz bir növ özünüzü, fikirlərinizi, ideyanızı qarşı tərəfə satmış olursunuz. Satış – hər zaman qarşılıqlı fayda vermək deməkdir və nəticə etibarı ilə siz fayda verdikdə fayda ala bilərsiniz.
Özümüzü ifadəni 5 qaydaya sığdıraraq sizinlə bölüşürük!
Qayda 1
İlk öncə öz qiymətinizi (dəyərinizi) bilməlisiniz.
Biz hər hansısa bir məhsulu və ya xidməti satmamışdan öncə onun qiymətini təyin edirik. Bu kifayət qədər məqsədə uyğundur, lakin özünə qiymət vermək bu anlama gəlirmi?
Özünə qiymət vermək o deməkdir ki, siz nə istədiyinizi və hədəflərinizi yaxşı bilirsiniz. Və bu anlayışa əsaslanaraq başqaları ilə münasibətinizi qurursuz. Özünüzdə güclü xarakteri formalaşdırırsınız.
Çalışın daha çox tanımadığınız insanlarla ünsiyyətdə olasınız çünki həm özgüvən artacaq həm daha çox insan davranış tərzini mənimsəyəcəksiniz.
Qayda 2
Nitq üslubunuza diqqət edin. Monoton danışıqdan qaçın. Cümlələrinizi qurduqda, qarşıda ki insana uyğun olaraq tənzimləyib (uyğunlaşdırıb) qurmalısınız və daha sonra prossesi ölçməlisiniz (izləməlisiniz). Bəzən qarşınızdaki şəxsə və ya auditoriyaya uyğun olaraq danışıq sürətinizi dəyişə bilərsiniz.Səlis nitqi, insan dayanmadan dinləmək istər. Umutmayın, nə dediyiniz yox, necə dediyiniz önəmlidir.
Qayda 3
“Özünüzü təqdim edə bilərsiniz?” və ya “Siz hansı sahə ilə məşğulsunuz?” suallarına düzgün hazırlanmış cavablarınızın olması sizi bir addım önə çəkəcək. Müxtəlif şəraitlərdə özünü təqdim etmə fərqli ola bilər.
Qəribədir amma insanlar bəzən ilk tanışlıq zamanı adlarını söyləməyi unudurlar, adınızı ehtiyyac yarandığı halda əminliklə səsləndirə bilərsiniz.
Qayda 4
“İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” Atalar sözünü yaqin ki, artıq eşitmisiz. Nə qədər adi səslənsədə bu gərçək dəyişmir. Getdiyiniz məkana uyğun olaraq düzgün seçilmiş geyim sizi daha da peşəkar göstərəcəkdir.
İş görüşməsi zamanı CV-niz sizin geyiminizdir. Daha sonrası isə artıq sizin peşakarlığınıza bağlıdır.
Qayda 5
Qarşılıqlı fikir mübadiləsi etməkdən çəkinməyin. Fikirlərinizi və ideyalarınızı başqaları ilə bölüşün, nəticə etibarilə sizi qiymətləndirəcəklər və öz çevrəniz genişlənəcək. Siz cəsarətli olmasanız, başqa bir cəsarətli insan gəlib sizin ideyanızı həyata keçirəcək.
Daima inkişafda qalın, hər bacarıq öyrənilə biləndir yetər ki siz istəyin!