Azadlıq məsuliyyət nəzərdə tutur. Məhz bu səbəbdən insanların əksəriyyəti azadlıqdan qorxur.

Biz inanırıq. Çox şeyə. İnsan imkanlarının hədsizliyinə, əzm sayəsində gələn uğura, və həmçinin gördüyümüz işin faydalılığına. Lakin ilkin inamımız insanlarımızadır. Biz onlara sərmayə qoyuruq, və əsas sərmayəmiz – etibardır. Bu sərmayə özünü artıqlaması ilə doğruldur. Əminik ki, sərbəst təfəkkür və məsuliyyətin bəhrəsi təşəbbüskarlıq və yaradıcı yanaşmadır. Nəticə hər zaman gözləntilərimizi üstələyir – keyfiyyətli və vaxtında təhvil verilən layihələr, mürəkkəb tapşırıqların qeyri-standart həlli və son nəticə olaraq, sifarişçi məmnunluğu. Sizi fəlsəfəmizə inanmağa yox, onu sınamağa çağırırıq. İş başında.