Menu

Junior Linux Administrator

Kibrit şirkəti öz peşəkar komandasına Köməkçi Linux Administratorunu (Junior Linux Administrator) axtarır.

Köməkçi Linux Administratoru olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:
•    Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu)
•    HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat)
•    LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx)
•    Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql)
•    Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh)
•    VMWare əsaslı virtual maşınların idarə olunması.

 

Bu vəzifədə sizdən gözləntilərimiz:
•    İlin sonuna qədər proqram təminatının yeni instalyasiyada qaldırılması üçün lazım olan alətlərin yazılmasını script vasitəsilə avtomatlaşdırmanız.
•    İlin sonuna qədər SİP protokolunun işləmə prinsipini və sip debugging üzrə nəzəri və praktiki biliklərə yiyələnməniz.
•    Çoxşaxəli və inteqrasiya tələb edən İVR-ların ilik sonuna qədər python script ilə yazmanız.

 

Tələb olunan texniki bilik və bacarıqlar:
•    Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables)
•    Şəbəkə haqqında ümumi biliklər
•    Əməliyyat sistemləri haqqında əsas biliklər
•    Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq
•    Linux idarəsi üzrə 1-2 il təcrübə

Arzuolunan şəxsi keyfiyyətlər:
•    Sistemli, analitik düşüncə tərzi
•    Məqsədyönlülük
•    Nəticəyönlülük
•    Diqqət və dəqiqlik
•    Komandada işləmək bacarığı

Aşağıdakı keyfiyyətlər/bacarıqlar da varsa, sizi daha çox bəyənəcəyik:
•    İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsil
•    DevOps alətlərini idarə etmək təcrübəsi 
•    Python dilində skriptlərin yazılması üzrə təcrübəniz var
•    Asterisk PBX üzrə təcrübəniz var
•    İngilis dilini bilirsiniz (texniki sənədlərlə işləmək üçün yetərli səviyyədə)

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:
•    Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
•    Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz.
•    Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):
•    Rəqabətli əməkhaqqı 
•    Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
•    Ofisdə nahar yeməyi (şirkətin hesabına)
•    Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini  "Junior Linux Administrator" başlığı (subject) ilə hr@kibrit.tech  e-mail ünvanına göndərə bilər.