Menu

Smart Farming nədir?

Smart Farming- tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq üçün müasir İnformasiya və Kommunikasiya Texnologiyalarından istifadə edərək təsərrüfatları idarə etməkdən bəhs edən yeni bir konsepsiyadır.
Mütəxəssislərin fikrinə görə, indi cəmiyyət yeni bir kənd təsərrüfatının - rəqəmsal təsərrüfatın ərəfəsindədir. Proqnozlara görə, kənd təsərrüfatındakı müasir texnologiyalar 2050-ci ilə qədər məhsuldarlığı 70% artıracaq və kənd təsərrüfatının rəqəmsallaşmaya əsaslanan biznes modellərinə keçidindən ümumi iqtisadi effekt illik ifadədə 54 mlrd. dollardan çox ola bilər.
Dünyada kənd təsərrüfatına yanaşmanı dəyişdirən çoxlu şirkətlər yaranır. 2010-cu ildə dünyada təxminən 20 belə şirkət olduğu halda, 2016-cı ilədək 13 mindən çox layihə qeydiyyata alındı və sayı da ildən-ilə artır. Dünyada hər il  kənd təsərrüfatına meylli ən az 500 yeni yüksək texnoloji startap meydana çıxır. Kənd təsərrüfatına qoyulan investisiyalar çox böyük məbləğlər cəlb edir: 2015-ci ildə onların həcmi tarixin ən yüksək səviyyəsinə - 4.6 milyard dollara çatdı. Kənd təsərrüfatının aparılması mahiyyətini dəyişdirən ən aktiv ölkələr arasında ABŞ, Kanada, İsrail, Hindistan və Çin var.

İndiki fermerlər üçün mövcud olan texnologiyalar kimi aşağıda sadalananları göstəmək olar:

• Sensorlar: torpaq, su, işıq, rütubət, istilik, duzluluq və s.
• Proqram təminatı: spesifik təsərrüfat növlərini hədəf alan və ya böyük agnostik IoT platformalarından istifadə edən ixtisaslaşdırılmış proqram həlləri
• Bağlantı: mobil, LoRa və s.
• Yerləşmə: GPS, Peyk və s.
• Robotika: avtonom traktorlar, məhsul toplayan robotlar və s.
• Məlumat analitikası: müstəqil analitik həllər, əkin üzrə proqnozlar və s.

 

smart-farming

 

 

Bu cür vasitələrlə silahlanan fermerlər tarlaya getmədən tarla şəraitini izləyə və bütün təsərrüfat və ya bir əkin üçün strateji qərarlar qəbul edə bilərlər.
Smart Farming-in hərəkətverici qüvvəsi IoT-di (Əşyaların İnterneti) - fermalara inteqrasiya olunmuş sensor və ağıllı maşınları əlaqələndirərək təsərrüfat proseslərini məlumatlar əsasında idarəetmə.

 

İoT əsasında “Smart Farming” sikli


IoT-un əsasını əşyalardan götürə biləcəyiniz ("T") və İnternet üzərindən ötürə biləcəyiniz ("I") məlumatlar təşkil edir. Təsərrüfat prosesini optimallaşdırmaq üçün hər hansı fermada quraşdırılmış IoT cihazları, fermerlərin ortaya çıxan problemlərə və ətraf mühit şərtlərindəki dəyişikliklərə sürətli reaksiya göstərmələrini təmin edən təkrarlanan bir dövrdə məlumat toplamalı və emal etməlidir. Smart Farming aşağıdakı sikl üzrə dövr edir:


•    Müşahidə
Sensorlar məhsullardan, heyvandarlıqdan, torpaqdan və ya atmosferdən müşahidə məlumatlarını qeyda alır.
•    Diaqnostika
Sensor göstəriciləri, əvvəlcədən təyin edilmiş qərar qaydaları və modelləri ilə "iş məntiqi" adlanan - araşdırılan obyektin vəziyyətini müəyyənləşdirən və çatışmazlıqları və ehtiyacları müəyyən edən bir buludda yerləşdirilən IoT platformasına verilir.
•    Qərar vermə 
Problemləri aşkarladıqdan sonra , istifadəçi və / və ya IoT platformasının maşın öyrənməyə əsaslanan komponentləri məkana yönəlik spesifik həll yoluna lazım olub olmadığını və əgər ehtiyac varsa, hansı olduğunu müəyyənləşdirir.
•    Hərəkətə keçmə
Son istifadəçi qiymətləndirməsindən və hərəkətindən sonra dövr əvvəldən təkrarlanır.

 

Ağıllı istixanalarda avtomatlaşdırma

iqlime-device-photo


Ənənəvi istixanalar daxili mühit parametrlərini əl müdaxiləsi və ya proporsional nəzarət mexanizmi ilə idarə edir ki, bu da istehsal itkisi, enerji itkisi və işçi qüvvəsinin artması ilə nəticələnir.
IoT əsaslı ağıllı istixanalar, əl müdaxiləsi ehtiyacını aradan qaldıraraq iqlimi ağıllı şəkildə izləyə və idarə edə bilər. Ətraf mühit parametrlərini məhsulun xüsusi tələblərinə uyğun olaraq ölçən müxtəlif sensorlardan istifadə olunur. Bu məlumatlar növbəti emal və minimal əl müdaxiləsi ilə nəzarət üçün  bulud əsaslı bir platformada saxlanılır.
Azərbaycanda yerli istehsala əsaslanan ağıllı istixanaların hazırlanması sahəsində ilk layihəni biz, Kibrit şirkəti həyata keçirdik. “İqlime” ağıllı nəzarət və xəbərdarlıq sistemi tam Azərbaycan istehsalıdır və bizim mütəxəssislər tərəfindən işlənilib hazırlanıb.

Cihazda olan yüksək dəqiqli temperatur və rütubət sensorları vasitəsi ilə istixanada ətraf mühitin vəziyyəti barədə məlumatlar bulud platformaya göndərilir. İstifadəçilər veb sayt və ya mobil tədbiq vasitəsi ilə həmin məlumatlara baxa və məlumatların  uzun müddət üçün arxivləşdirilməsi səbəbindən həmin göstəicilər əsasında illik analiz apara bilərlər. Ən əsası istixanada ətraf mühitin kəskin dəyişməsi barəsində sistem istifadəçilərə zəng və sms vasitəsi ilə dərhal xəbərdarlıq göndərilir. Bununla sahibkar mümkün ola biləcək fəsadlardan öz məhsulunu qoruya bilir və beləliklə, maliyyə itkisinin qarşısı alınır. Tələb olunan mühitdə becərilən məhsulların məhsuldarlığı artması səbəbində sahibkarın gəlirləri də artmış olur.

Kənd təsərrüfatı dronları 

Kənd təsərrüfatı əkinin sağlamlığının qiymətləndirilməsi, suvarılması, monitorinqi, çilənməsi, əkin, torpaq və tarla analizi və s. məqsədlər üçün həm yerüstü, həm də hava dronlarından istifadə edən əsas sahələrdən biridir.

Dronlar uçarkən multispektral, termal və vizual görüntülər topladığından, topladıqları məlumatlar fermerlərə bir sıra metriklər haqqında məlumat verir: bitki sağlamlığı indeksləri, bitki sayının hesablanması və məhsul proqnozu, bitki hündürlüyü ölçüsü, tarlanın xəritələşdirməsi, su mənbələrin xəritəsi, kəşfiyyat hesabatları, anbarların ölçülməsi, xlorofil ölçülməsi, buğdada azot miqdarı, drenaj xəritəsi, alaq otların sıxlıq xəritələşdirilməsi və s. 

farming-drone

Xüsusən də IoT əsaslı Smart Farming yalnız geniş miqyaslı təsərrüfat əməliyyatlarını hədəf götürmür; həmçinin, orqanik əkinçilik, ailə fermer təsərrüfatları, o cümlədən müəyyən mal-qara növlərini  və ya xüsusi bitki sortlarının yetişdirilməsi, xüsusi və ya yüksək keyfiyyətli növlərin qorunması və s. kimi sahələrə  də dəyərlər qata bilər.