Menu

“Apple M1” – Marketinq yoxsa İnqilab?

Apple M1 – Marketinq yoxsa İnqilab?

Şayələr

Bir il öncə İnternet məkanında Apple şirkətinin Macbook-lar üçün ARM prosessor istifadə edəcəyi haqda şayələr yayılmağa başladı. Texniki fikirli hər bir şəxs kimi, mən də bu şayəyə sadəcə bir şayə kimi yanaşırdım. Buna bir sıra səbəb var idi. Onlardan ən əsası x86 arxitekturalı prosesorlarda işləyən proqramların ARM prosesorları üçün yazılması idi. Proses proqramçılar üçün baş ağrısı, adi istifadəçilər üçün isə sonsuz bug silsiləsi ilə nəticələnə bilərdi. Lakin skeptisizmi kənara qoyub, bir az araşdırma etməyi qərarına gəldim. Apple şirkətini bu cür nəhəng addımı atmağa nə vadar edə bilərdi?

Səbəb

Əslində, səbəblər kifayət qədər idi. İlk öncə heç kim üçün sirr deyilki son 10 ildə İntel şirkəti prosessor bazarına hökmranlıq edirdi. Lakin “Mavi” düşərgədə (AMD və İntel şirkətlərini, loqotiplərinin rənginə görə “Qırmızı” və “Mavi” düşərgələri kimi də adlandırılar) son iki ildə baş verən problemlər: bazarın get-gedə itirilməsi, 10 nm-lik prosessorların istehsalatında baş verən gecikmələr, logistikada gecikmələr və nəhayət “Qırmızı” düşərgənin prosessor bazarındakı uğurları – bu şirkətdən imtina üçün bir səbəbə çevrilməyə başladı.
Səbəblərdən digəri, Apple smartfon və planşetlərində istifadə olunan A12, A13 və ən son A14 bionic ARM prosesorlarının uğurları idi. Texniki entuziastlar bu qurğularda benchmark-lar edərkən, onların işləmə tezliyinin nəinki son Macbook Air, müəyyən testlərdə hətta Macbook Pro 13 notebook-undan belə üstün olduqlarını ortaya çıxarmışdılar. Bu testlərdən biri, Kontent yaradıcılarının sevdiyi “4K Raw Video export” idi.
İşləmə tezliyi notebook-larda əsas göstəricilərdən biridir. Lakin, Apple şirkəti təkcə işləmə tezliyi ilə deyil, həmçinin tam avadanlığa optimizasiya olunmuş “Mac OS” əməliyyat sistemi ilə də seçilir. Prosessorların arxitekturasının dəyişməsi birbaşa bu əməliyyat sisteminə təsir edəcəkdi.
Bəs bu problemi necə həll etmək olardı?

İlk addım

Nəhayət İyun ayının 22-si növbəti Apple tədbirində, şirkət öz yeniliklərini təqdim etdi. Bunların arasında: 
•    MacOS 11 Big Sur – tam yenilənmiş əməliyyat sistemi
•    Apple Silicon – Yeni ARM prosessorların istehsalına başlanması
•    Apple Transition Kit – İlk Apple Silicon quraşdırılmış, xüsusilə proqramçıların öz proqramlarının yeni platformaya keçirməsi üçün nəzərdə tutulmuş və təmamilə pulsuz (Noldu Apple? Bəs 999$-lıq Pro XDR Display ayağı, 400$-a Mac Pro təkəri satırdın?) verilən Mac Mini.
•    Rosetta2 – miqrasiya dövründə, ARM üçün optimizasiya olunmamış, x86 arxitekturalı proqramların işləməsi üçün “Tərcümə” proqram təminatı
Bu təqdimat maraqlı keçdi və həmçinin arxasında çoxlu sual buraxdı:
•    x86 arxitekturalı proqramların işləmə tezliyi necə olacaq?
•    Nə zaman bütün proqramlar ARM üçün optimizasiya olacaq? Və ümumiyyətlə olacaqmı?
•    Öz istehsalatı olan prosserların quraşdırılması ilə, Apple şirkəti Macbook-ların qiymətini aşağı salacaqmı? (Ritorik sual ...) 
Amma fikrimcə, hər kəs kimi, mənim də gözləntilərim müəyyən qədər təsdiqləndi.

Nəticə

2020-ci il Noyabr tədbiri ... Yeni Macbook Air və Macbook pro 13-ün təqdimatı. Hər zamankı kimi, Tim Cook və komandasl çox gözəl çıxışları ilə hamını heyran etdi. Air modelində 15 saat, Pro modelində 20 saat fasiləsiz iş, Dərhal yuxudan oyanma (İnstant Wake-UP)-  necə ki, smartfonunuzda düyməni sıxan kimi ekran işə düşür, eləcə də notebook-da. Həmişə kimi, Apple bizi real rəqəmlərsiz buraxdı. Amma yaxşı ki, bu dünyada Tech entuziastlar var. Onlardan biri də, MaxTech (Max Yuryev) dərhal Apple Silicon-un (artıq M1) benchmarklarına başladı. Nəticə? Özünüz baxın, Geekbench 5 benchmarkını nəticəsi :

bench-apple-m1




Müqayisə üçün, aşağıda Ryzen 7 4800H prosessorunun nəticəsini göstərmək istərdim:

     bench-lenovo-legion

Qeyd edim ki, Lenovo 15 düymlük və 2 ventilyatorlu, geniş soyutma sisteminə malik olan oyun notebook-dur. Macbook 13 Pro isə ... Təmamilə düz təxmin etdiniz, onun dizayn və konstruksiyasında heç bir dəyişiklik edilmədi, həmin 13 düymlük nazik, portativ və cəmi bir prosessor ventilyatoru olan ultrabook olaraq qalır. Ən əsası isə, yadınızdadır yuxarıda qeyd etmişdim, 20 saat batareyadan iş müddəti – təmamilə doğru çıxdı. Nəzərə alsaq ki, ARM prosessorların enerji effektivliyi daha yüksəkdir, eyni həcmli batareya ilə Macbook pro 13 daha uzun müddət işləyə bilir.

Son söz
 
OK. İndi isə əsasə sualımıza cavab verək? Marketinq yoxsa İnqilab. Açığı desək, Apple Silicon və ya M1 prosessorlarının güclü olmasını, inqilab saymaq olmaz. O səbəbdən ki, bu prosessorların işləmə qabiliyyəti artıq bütün entuziastlara məlum idi. Ələxsus da, iPad Pro -nun işləmə tezliyini nümunə götürsək. 
Amma bütün bu prosesdə İnqilabi bir hadisə baş verdi. 2019-2020 – ci illər dövründə Microsoft Surface Pro X məhsulu üzərində var gücü ilə işləyirdi. Bu prosesdə, onlar bazarda olan ən böyük ARM istehsalçılarından olan Qualcomm (bəli sizin android smartfonunuzda olan, snapdragon prosessorları) ilə yaxından əməkdaşlıq qurdular. Hətta Windows 10-un ARM arxitekturalı versiyasını da təqdim etdilər. Lakin məhsul uğursuz oldu. Sırf ARM üçün yazılmış proqram təminatlarının işində heç bir problem olmasa da, x86 arxitekturalı prosessorlar üçün yazılmış proqram təminatlarının “Tərcüməsi” bərbad işləyirdi. Hətta testlər zamanı tərcümə vasitəsilə işləyən proqramlarda 3 qat tezlik etkisi belə müşahidə olunurdu.
Fikrimcə, Apple şirkıtinin inqilabı “Rosetta 2” tərcüməçisi oldu. X86 arxitekturalı proqramların yüklənmə tezliyində az olsa da, itkilər baş verir. Lakin bu itkilər 3 qat deyil, cəmi 15-20% - dir. 
Bu barədə daha dərin Youtube-da araşdırma apara bilərsiniz. 

Apple hər zaman yenilik axtarışında olan şirkətlərdən olub. Bəli bu stereotip artıq qırılmaq üzrə idi ki, onlar bizə tam yeni bir gələcək görünüşü təqdim etdilər və fikrimcə İnqilabi təcüməçi hazırladılar.

Bəs demək olarmı ki, ARM prosessorlar portativ kompüterlərin gələcəyidir? Mən deyərdim artıq bu günüdür.