KİBRİT.TECH şirkəti ACS departamentinin peşəkar komandasına Tədarük üzrə menecer (Procurement Manager) axtarır.

Əsas iş öhdəlikləri:

·      Departamentin layihələri üzrə avadanlığın, xammalın və məhsulların satınalma proseslərini idarə etmək, tələblərini müəyyən etmək, sifarişləri hazırlamaq və təhvil verilməsini təşkil etmək;

·      Satın almaq üçün məhsulların və xidmətlərin təyin edilməsi, xarici və yerli tədarükçülərin qiymətləndirilməsi, qiymət müzakirələrinin aparılması və ən yaxşı müqavilələrin bağlanmasını təmin etmək;

·      Sifarişləri izləmək, tədarükçülərin performansını izləmək və hər hansı bir problem halında həll yolu təklif etmək;

·      Xaricdən gələn avadanlığın, xammalın və ya məhsulların gömrük rəsmiləşdirməsini idarə etmək;

·      Sifarişlər zamanı ən yaxşı qiymət təklifləri üçün bazar arşdırması etmək, ehtiyac olduqda yeni tədarükçüləri satınalma prosesinə cəlb etmək;

·      Satınalmaların monitorinqi, statistikalarının toplanması və hesabatların hazırlanması və ümumi satınalma proseslərinin effektivliyinin artırılması üçün tədbirlər görmək.

·      Tenderlerdə təchizatçı qismində çıxış etmək üçün lazımi sənədləri toplamaq, tenderdə iştirakı idarə etmək (tender.gov.az portalından istifadə);

·      Bütün layihələr üzrə qiymət təkliflərini formalaşdırmaq və hazırlamaq;

·      Departamentinin bütün cari müqavilələrin monitorinqini aparmaq və şərtlərin yerinə yetirilməsinə nəzarət etmək (müddətin bitməsi/uzadılması, ödəmələrin vaxtında yerinə yetirilməsi, müvafiq sənədləşdirmələr - servis xidmətləri üçün aktların hazırlanmasıvə s.)

·      Departamentinin layihələri üzrə aylıq servis ödənişlərinin vaxtında yerinə yetirilməsi üçün müştərilərlə daim telefon və e-mail vasitəsi ilə ünsiyyətdə olmaq.

Tələb olunan bilik, bacarıq, təcrübə:

·      Dil bilikləri: Azərbaycan, İngilis - yüksək səviyyədə (xüsusilə yazılı), Rus dili – yaxşı səviyyədə (arzuolunandır)

·      Sənəd dövriyyəsi ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə ümumi anlayış

·      Sənəd dövriyyəsi, hesabatların hazırlanması, işgüzar yazışmaların aparılması, müqavilələrin tərtib edilməsi ilə bağlı iş təcrübəsi

·      MS Office tadbiqlərinin (Excel, Word, PowerPoint) sərbəst və geniş istifadə bacarığı

Seçim zamanı əlavə hal gətirəcək bilik, bacarıq, təcrübə:

·      Satın-alma üzrə iş təcrübəsi

·      Müştərilərlə iş təcrübəsi (B2B)

·      HSE və ya OSH üzrə biliklər

·      Malların gömrükdən keçirilməsi prosedurası barədə biliklər və ya təcrübə

·      Texniki təhsil: riyaziyyat, mühəndislik, mexanika, elektronika və s.

Kibrit-də sizin gələcəyiniz:

·      Azərbaycanda yeni inkişaf etməyə başlayan və artan tələbatı olan Avtomatlaşdırılmış Sistemləri (Automated Control Systems) quran və bu sistemlər üzrə xidmət göstərən ölkənin nadir mütəxəssis komandalarından birində işləyəcəksiniz

·      Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz

·      Dinamik, daim inkişaf edən və etdirən, təşəbbüskarlığa təşviq edən, öz fikirlərinizi və sözünüzü hər zaman deyə biləcəyiniz sərbəst və rahat iş mühitində işləyəcəksiniz.

·      İdarəedici heyətini öz işçilərindən yetişdirən şirkətdə karyera qurmaq imkanınız olacaq.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

·      Rəqabətli əmək haqqı

·      İş rejimi: həftədə 5 gün 8 saat

·      Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta

Vakansiyaya uyğun namizədlər 28.05.2024 tarixinə qədər CV-lərini "ACS - Procurement Manager" başlığı (subject) ilə hr@kibrit.tech  e-mail ünvanına göndərə bilər.