Menyu

BMS - Account Manager

Şirkətimizin BMS divizionunda Account Manager (Müştərilərlə əlaqələr üzrə menecer) vakansiyası elan edilir:

Tələb olunan bilik, bacarıq, təcrübə:

Dil bilikləri: Azərbaycan, İngilis - yüksək səviyyədə (xüsusilə yazılı), Rus dili – yaxşı səviyyədə (arzuolunandır)
Sənəd dövriyyəsi bağlı qanunvericiliyin əsas tələbləri barədə ümumi anlayış
Sənəd dövriyyəsi, hesabatların hazırlanması, müqavilələrin tərtib edilməsi, iş təlimatların/proseduraların yazılması, işgüzar yazışmaların aparılması ilə bağlı iş təcrübəs

Seçim zamanı əlavə hal gətirəcək bilik, bacarıq, təcrübə:

  • Müştərilərlə iş təcrübəsi
  • HSE və ya OSH üzrə biliklər
  • Satın-alma üzrə iş təcrübəsi
  • Malların gömrükdən keçirilməsi prosedurası barədə biliklər və ya təcrübə
  • Texniki təhsil: mühəndislik, mexanika, elektronika və s.


Əsas iş öhdəlikləri:

  • Müştərilərlə əməkdaşlığın sənədləşdirmə işlərini həyata keçirmək;
  • Müştərilər ilə satış sonrası iş əlaqələrini qurmaq, müqavilə şərtlərinə riayət edilməsini təmin etmək
  • Müştərilərlə əlaqələri idarə etmək
  • Hesabatlar hazırlamaq
  • Debitor borclarını toplamaq
  • Tender və katirovkalarda iştirak etmək üçün lazımi sənədləri hazırlamaq;
  • Lisenziyaların alınması üçün lazımi sənədləri hazırlamaq;
  • Layihələr üzrə tələb olunan avadanlığın satın-alınmasını təşkil etmək: bununla bağlı bütün danışıqları, sənədləşməni aparmaq, avadanlığın Bakıya çatdırılmasını, o cümlədən, Gömrükdən keçirilməsini təmin etmək.

Kibrit-də sizin gələcəyiniz:

Azərbaycanda yeni inkişaf etməyə başlayan və artan tələbatı olan Binanı idarəetmə sistemləri üzrə xidmət göstərən ölkənin nadir mütəxəssis komandalarından birində işləyəcəksiniz
Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz
Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksiniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

Rəqabətli əməkhaqqı
İş rejimi: həftədə 5 gün 09:30-18:30 (1 saat nahar fasiləsi)
Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
Ofisdə nahar yeməyi, su-çay-qəhvə (şirkətin hesabına)
Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)


Vakansiya ilə maraqlanan şəxslər CV-lərini "BMS - Account Manager" başlığı (subject) ilə hr@kibrit.tech  e-mail ünvanına göndərə bilər.