Menyu

Satış Meneceri

IT və telekommunikasiya sahələrində 22 illik təcrübəyə malik olan, Formula-1, JARA Festivalı və s. kimi tədbirlərin təşkilinə texniki dəstək verən, Binanı İdarəetmə Sistemləri inteqratoru olaraq Crystal Hall, Xəzər TV, Dəniz bulvarı və s. kimi məkanların texniki dəstəyini həyata keçirən, ölkənin həm özəl şirkətlər, həm dövlət qurumlarından bir çoxunda istifadə olunan “Orangeline” əlaqə mərkəzini idarəetmə sisteminin yaradıcısı olan Kibrit.tech şirkəti yeni layihəsinə Satış Meneceri (B2B Sales Manager) axtarır.

Satış nümayəndəsi olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsınız:

• Əvvəlcədən müəyyən edilmiş məqsədlərə və kvotalara çatmaq üçün nəzərdə tutulmuş ətraflı biznes planları hazırlamaq

• Müştərinin axtarışından yekun razılaşmaya qədər bütün satış dövrünü idarə etmək

• Şəxsi və peşəkar əlaqələr vasitəsilə satış üçün yeni imkanlar yaratmaq və onları uzunmüddətli tərəfdaşlıq əlaqələrinə çevirmək

• Məhsulları potensial müştərilərə təqdim etmək

• Müştərilərin sadiqliyini (loyallığını) artırmaq üçün onlara peşəkar satış sonrası dəstəklə təmin etmək

• Müştərilərin ehtiyaclarını anlamaq və təmin etmək üçün onlarla daim əlaqə saxlamaq

• Müştəri məmnuniyyətini qazanmaq və şirkətin nüfuzunu qorumaq üçün şikayətlərə cavab vermək və problemləri həll etmək

• Müqavilələr bağlamaq, satış və məlumatların qeydlərini aparmaq

 

Bu vəzifədə sizdən ilkin gözləntilərimiz:

• Qısa müddət ərzində çox sayda “merchant”-lar (partnyorlar) qoşmaq

• İOKİO karlarının korporativ satışında qoyulan hədəflərə çatmaq

 

Tələb olunan bilik və bacarıqlar:

• Müştərilərlə iş və ya satış/müştəri xidmətləri üzrə təcrübə

• Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər

• Əla ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti

• Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı

• İşgüzarlıq

• Satış sahəsinə xüsusi həvəs

• Biznesin idarə edilməsi, satış və ya marketinq üzrə ali təhsil

• Azərbaycan və rus dilində səlis nitq bacarığı

• Müştəriyə oriyentasiya

• Komandada işləmək bacarığı

• MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

 

Aşağıdakı keyfiyyətlər/bacarıqlar mütləq deyil, amma varsa, sizi daha çox bəyənəcəyik:

• CRM proqram təminatı (məs. Salesforce) biliyi

• İngilis dili

• Satışla bağlı “network”-un (əlaqələrin) olması

 

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq

• Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!

• İnsanların həyatını rahatlayacaq və rəngləndirəcək layihədə iştirak edəcəksiniz.

• Humanokratik təşkilatda işgüzar, sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

 

Şərtlər, əlavə imtiyazlar (Benefits):

• Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz

• Korporativ nömrə

• Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”dan) Tibbi sığorta

• Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə

• Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

 

Vakansiyaya uyğun namizədlər 30.04.2022 tarixinədək CV-lərini "B2B Sales Manager" başlığı (subject) ilə hr@kibrit.tech e-mail ünvanına göndərə bilər.