Menyu

Məhsullar


Bu bölmədə bizim istifadəyə hazır məhsullarımız haqda ümumi məlumat təqdim olunub. Daha ətraflı məlumat əldə etmək və ya istənilən məhsula dair nümayiş sifariş etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

Iqlime - Temperatur və rütubətə nəzarət cihazı

İqlime cihazı ilə siz, harada olduğunuzdan asılı olmayaraq, istədiyiniz məkanın temperatur və rütubətinə 24 saat rejimində nəzarət edə bilərsiniz. Həmin göstəricilər dəyişərsə, İqlime sizi bu haqda mobil zəng və ya SMS vasitəsilə xəbərdar edəcək. Mobil tətbiq və ya veb sayt üzərindən siz monitorinq apara, ayarları dəyişdirə, cihazları qruplaşdıra və keçmiş göstəriciləri analiz edə bilərsiniz.

 


iqlime-device

İqlime-i siz:

  • istixanalarda
  • anbarlarda
  • qazanxanalarda
  • apteklərdə
  • marketlərdə
  • evlərdə
  • server otaqlarında
  • soyuducu yük maşınlarda
  • xüsusi temperatur və rütubət şəraitinin saxlanması tələb olunan digər obyektlərdə istifadə edə bilərsiniz.

İqlim şəraitinin dəyişməsi həmin obyektlərdəki məhsullara, əşyalara ziyan vura bilər. İqlime sizi belə bir ehtimalın yaranması haqda dərhal xəbərdar edəcək.
Daha ətraflı məlumat əldə etmək üçün vebsayta keçid alın: www.iqlime.az