Bu bölmədə bizim istifadəyə hazır məhsullarımız haqda ümumi məlumat təqdim olunub. Daha ətraflı məlumat əldə etmək və ya istənilən məhsula dair nümayiş sifariş etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
ARAMİS – İşçi Resurslarının İdarə Edilməsi və Akkreditasiyası sistemi
ARAMIS – işçi resurslarının idarə edilməsi və akkreditasiyası üçün nəzərdə tutulmuş proqram təminatıdır. Bu çözüm növbəti növ tədbirlərin təşkili zamanı istifadə edilə bilər: idman, sərgi, konsert, əyləncə və digər tədbirlər. İstifadə edilmiş çevik texnologiyalar və adapitv interfeys sayəsində ARAMİS-i hər bir konkret müştərinin spesifik tələbləri və iş proseduralarına asanlıqla uyğunlaşdırmaq olar.
Əsas imkanları
ARAMIS işçi resurslarının idarə edilməsinin həyat dövrünü bütövlüklə əhatə edən altı moduldan ibarətdir:
Qeydiyyat
Bu modul sayəsində tədbirin rəsmi internet-səhifəsində qeydiyyatdan keçmiş könüllülər lazımi anketi doldurur və gələcək intervü tarixini seçir.
Intervülərin götürülməsi
Bu modul sayəsində könüllüləri avtomatlaşdırılmış SMS-paylama vasitəsilə intervüyə dəvət etmək, sorğu vərəqəsi əsasında intervü keçirmək və həmin intervünün nəticələrini qeydə almaq olur.
Treninqlər
Bu modul sayəsində treninqlər cədvəlini tərtib etmək, könüllüləri həmin treninqlərə dəvət etmək və onların iştirak təsdiqlərini qeydə almaq, həmçinin treninqlərdə iştirak statistikasını aparmaq olur.
İşlər qrafikləri və Növbələr siyahısı
Bu modul sayəsində tədbirlə bağlı hər bir tarix və yerləşməyə dair iş qrafiklərini hazırlamaq, həmin qrafiklərə müvafiq növbə siyahılarını tərtib etmək olur.
Akkreditasiya və Uniforma
Bu modul sayəsində bütün heyət (ştat işçilər, könüllülər, podratçılar və s.) üçün müxtəlif daxilolma ixtiyarları və imtiyazlar təyin etmək, uniformaların paylanılmasını təşkil etmək olur.
Nəzarət buraxılış və Hesabatlar
Bu modul sayəsində tədbir yerləşmələrinə daxilolmanın növbələr siyahısına uyğun həyata keçirilməsini təmin etmək, heyət üçün lazımi ərzaq miqdarını hesablamaq və müvafiq hesabatlar formalaşdırmaq olur.
Uğurlu istifadə

EYOF 2019

Baku City Circuit - Formula 1 Azərbaycan Qran Prisi 2019

Baku City Circuit - Formula 1 Azərbaycan Qran Prisi 2018

Baku City Circuit - Formula 1, Azərbaycan Gran Prisi 2017

Baku City Circuit - Formula 1, Avropa Qran Prisi 2016

"Жара" Beynəlxalq Musiqi Festivalı

"Жара" Beynəlxalq Musiqi Festivalı

"Жара" Beynəlxalq Musiqi Festivalı
"Жара" Beynəlxalq Musiqi Festivalı

"Зима" Uşaq Musiqi Festivalı

Philipp Kirkorovun Şou Konserti "Я"

Aygün Kazımova Şou Konserti

Nikolay Baskovun Şou Konserti - "Игра"