Rebusta – həm uşaqlara, həm də böyüklərə maraqlı olacaq inkişafetdirici mobil oyundur.

Oyun çox sayda tapmacadan – rebusdan ibarətdir. Şəkillər, hərflər və simvollardan tərtib edilmiş həmin rebuslarda Azərbaycan dilinin sözlərini tapmaq lazımdır. Rebuslar öz məntiqi və çətinliyi ilə fərqlənir – bu, zehni və  təxəyyülü genişləndirir. Bəzi rebusları həll etməyə çalışarkən oyunçu aşkar edə bilər ki, spesifik sahəyə aid bilikləri çatmır – bunu bilərəkdən etmişik. Ondan ötrü ki, oyunçu görüş dairəsini genişləndirsin – müstəqil araşdırma yolu ilə və ya dost-tanışlarından soruşaraq. Beləliklə, Rebusta nəinki fərdi inkişaf, həm də bilik mübadiləsi məqsədinə xidmət edir.

Canlı interfeys və gözəl qrafika oyunun cazibədarlığını daha da artırır.

Oyun haqqında daha ətraflı məlumat əldə etmək və mobil telefonunuza yükləmək üçün vebsayta keçid alın: www.rebusta.az