Menyu

Ağıllı ev sistemi nədir?

Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə. - Albert Eynşteyn

Bu məqaləyə dünyaya bir çox qiymətli kəşflər bəxş etmiş dahi alim Albert Einşteynin sözləri ilə başlamağımız təsadüfi deyil.
Biz sizin öyrənməyə həvəsli beyninizi qəliz terminlərlə yükləməyəcəyik, əksinə sizə təsəvvürünüzdən istifadə etməyi təklif edirik. Rahat əyləşin, növbəti dayanacaq sizin xəyallarınızdakı evinizdir!
 

ağıllı-ev

Səhərlər gününüzün məhsuldar olacağını vəd edir, hədəfləriniz və xəyallarınız isə yerinə yetirilməyi gözləyir. Ancaq bütün bunlara başlamazdan öncə, əlbəttə, ləzzətli səhər yeməyi və təzə dəmlənmiş isti qəhvə içmək istəyirsiniz. Amma işlər həmişə yolunda getmir! 
Siz əvvəlcə bunun üçün soyuq və küləkli havalarda evdən çıxıb təzə çörək almaq üçün ən yaxın çörəkxanaya getməlisiniz. Beləliklə, siz bu havada evdən çıxmaq istəmirsiniz və səhər yeməyinizi yeməyib, yalnız bir fincan qəhvə içmək qərarına gəlirsiniz. Lakin, təzə qəhvənin dəmlənməyini gözləməkdənsə, siz, həll olan toz qəhvə içməyə qərar verirsiniz.

Əlbəttə ki, yenicə dəmlənmiş qəhvə ilə həll olan toz qəhvənin verdiyi həzz müqayisə olunmazdır. Lakin, məhsuldar bir günün qiymətli dəqiqələrini bununla itirmək istəmirsiniz. Səhəriniz gözlədiyiniz kimi başlamamışdır və bunun sizin əhvalınızı biraz aşağı saldığını hiss edərək işə gəlirsiniz. Və budur onlar, - sizin həmkarlarınızın üzündəki təbəssüm və gözlərindəki xoşbəxtlik bu səhər baş verən uğursuzluqları unutdurdu! 

Siz işə başlayırsınız. Amma yenə də uğursuz nəticə! Otaq çox havasızdır və iş prosesində məhsuldarlığınıza və işə fokuslanmağınıza mənfi təsir edir. Siz kondisioner pultu ilə tez-tez otağın havasını tənzimləməyə çalışdığınız üçün işdən yayınırsınız. Lakin, işlər planladığınız kimi getmədi və indi isə otaq həddindən artıq sərindir. Beləcə işə olan fokusunuz bir göz qırpımında buxarlanır. Yenə kondisioner, və siz yenə də balansı tapmağa çalışırsınız. Və bu problem bütün iş günü davam edir.
Belə ki, sizin iş günü bitir, məhsuldarlığınız isə qaneedici deyil. Niyə hər şeyi daha asan etmək və ya ümumiyyətlə bu prosesi avtomatlaşdırmayaq? 
İş gününün sonudur və hazırda sizin yalnız bir arzunuz var: tezliklə evə getmək! Amma sizin qarşınızda pik saata təsadüf edən uzun bir yol var. Və nəhayət, siz artıq evdəsiniz!

Siz evdə bir fincan çay ilə televizor arxasında rahatlayırsınız və sevimli serialınızı izləyirsiniz. Heç nə bu ideallığı poza bilməz. Axşam isə, yatmadan əvvəl, isti bir vanna qəbul etməyi planlaşdırırsınız və heç bir şey tərs gedə bilməz. Əslində isə gedə bilərmiş ... sizin qaz kartınızın balans qurtardı...Sayğaca indi ən yaxın terminala getmək və balansı doldurmaq üçün tənbəl olduğunuzu izah edə bilməzsiniz! Bu problemi həll etmək istəmirsiniz və bir az əhval-ruhiyyənizi qaldırmaq üçün bitkilərinizə qayğı göstərmək istəyirsiniz və bitkilərinizin kifayət qədər nəm almadığı üçün, tamamilə solublar! Gün isə artıq boşa getdi!


Sizi narahatlığa və hadisələrin neqativ ardıcıllığına düçar etmək istəməzdik, amma yalnız bu yolla siz aradakı fərqi hiss edə biləcəksiniz. 


Səhəri təzə dəmlənmiş qəhvənin cazibədar ətri və bişintinin qoxusu ilə açırsınız. Cihazlarınızda gecə üçün qurulmuş taymer avtomatik olaraq vərdişlərinizə uyğun, sizə mükəmməl bir səhər yaratmaq üçün bütün prosesi avtomatik olaraq həll edir. Artıq siz, hər səhər gündəlik problemlərlə yüklənmirsiniz, düşüncələriniz isə yalnız xəyallarınız və planlarınızla məşğuldur.

Mükəmməl əhval-ruhiyyədə, gününüzün nə qədər məhsuldar olacağını düşünərək evdən çıxırsınız. İş günü başlayır və ideal iqlim nəzarəti sayəsində artıq heç nə sizi iş prosesindən yayındıra bilməz. Binada quraşdırılmış rütubət və temperatur sensorları otaqların iqlim vəziyyətini izləməyə və komfortlu iş şəraitini təmin etməyə imkan verir. Oksigenlə doyma və düzgün otaq temperaturu işçilərin məhsuldarlığına bir-başa təsir edən əsas amillərdir. 

Tuk-tuk! Qaz şirkətindən cari balansınız barədə smartfonunuza bildiriş gəldi. Sizin smartfonunuz binanın – qaz, elektrik və su təchizatının bütün həyat təminatı sistemlərindən vaxtında cari balans və bütövlükdə sistemlərin fəaliyyəti haqqında xəbərdarlıq göndərir.

Balansınızı artırmaq bir neçə dəqiqə çəkir və siz isti-qaynar susuz qalmaq qorxusu olmadan, öz işlərinizlə məşğul olmağa davam edirsiniz. İş gününün sonudur və siz üzünüzdə bir təbəssümlə, nəticənizdən və keçirdiyiniz məhsuldar gündən məmnunluq hissi ilə işdən çıxıb xoş əhval-ruhiyyədə evə qayıdırsınız. Evdə istilik və rahatlıq sizi gözləyir, çiçəkli bitkilərinizin parlaq yaşıl rəngi isə sizi daha da sakitləşdirir və rahatlamağa imkan yaradır. Torpaq nəmləndiriciləri və avtomatik suvarma sistemi, evdə olmadığınız zaman sizin sevimli ev bitkilərinizin qayğısına qalır, vaxtında nəmliklə təmin edir və ümumi evin iqlim şəraitini nəzarət altında saxlayaraq həm bitkilər, həm də ev sakinləri üçün ideal balansda atmosfer yaradır.

Fərqi necə hiss etdiniz? Bir gün - iki ssenari. İndi təsəvvür edin ki, evdəki gündəlik problemlər, məsələn, ləzzətli və təzə yeməkləri vaxtında hazırlamaq, ev heyvanlarını bəsləmək, bitkiləri vaxtında və qədərində suvarmaq, evdəki və ya ofisdəki havanın keyfiyyətinin vəziyyəti və bu havanın yaşamaq və ya işləmək üçün təhlükəsiz olub-olmamasından əmin olmaq, barədə narahat olmağı dayandırsanız gününüz nə qədər stressiz və məhsuldar keçə bilər. 

İmkan çoxdur, məhdudiyyət isə yoxdur! "Ağıllı Ev" dəki bütün alt sistemlər vahid həll sistemi yaratmaqla, sizə rahat yaşayış və iş şəraiti təmin etməklə yanaşı həm də sizə və ətrafınızdakılara lazımi səviyyədə təhlükəsizlik təmin edir.


Sizə maraqlı və daha vacib olan işləriniz ilə məşğul olun və gündəlik problemlər barədə narahat olmayın. "Ağıllı Ev" sisteminin elementləri onların qayğısına qalacaq!

Zövqünüz üçün yaşayın! Kəşf edin! Xəyal edin! Yaradıcı olun!

BMS (Bina İdarəetmə Sistemi) - həyatınızı asanlaşdıracaq. Bu sistem, cihazların monitorinqi və idarə olunması, müəyyən olunmuş normalardan kənarlaşma olduqda və ya hər hansı başqa bir problem yarandıqda, bildirişlərin alınması sistemlərini özündə birləşdiri və ən əsası proseslərin avtomatlaşdırılmasını təmin edir.