Müasir reallıqlara görə, İT sahəsində vakant yerlərin sayı gün keçdikcə artır. Hansı proqramlaşdırma dillərinin ən çox tələb olunduğunu və gələcəkdə proqramçı olaraq fəaliyyət göstərməyiniz üçün tələb olunan biliklər ilə bağlı məlumatlanmaq üçün məqaləmizi oxuyun.

Java. Məqaləmizə giriş etmək məqsədilə, istənilən mürəkkəblikdə bir proqramı hazırlamaq üçün istifadə edilə bilən universal proqramlaşdırma dilinin istifadə sahələri ilə tanış olaq: bank proqramları, onlayn mağaza və hətta süni intellekt. Bəli, məşhur Minecraft da Java dili üzərində yazılmışdır.

Proqramlaşdırma dili kimi olduqca köhnə olsa da (1995), kifayət qədər tez-tez yeniləmə dövrü sahibdir və hər 6 aydan bir yenilənir.

Və bu dilin başqa bir əsas üstünlüyü də ondan ibarətdir ki, o, sizi front-end və ya back-end inkişafları arasında seçim etməyə məcbur etmir. Həmçinin, Java üzərindən yazılan kodlarda səhvləri tapmaq C ++ və ya C dilləri ilə müqayisədə daha asandır.

Onu da qeyd etmək istəyirik ki, bu dildə çoxlu proqramlar yazıldığına görə, bəşəriyyət bu dildən hələ uzun müddət imtina edə bilməyəcək. Java dili sizdə maraq duyurdu? Qeyd etmək istəyirik ki, https://universum.az ilə öyrənmək daha asandır.

Python özünü maşın öyrənməsi (Machine learning) sahəsində ən yaxşı alət kimi təsdiqləyib və tərtibatçılar arasında ən sevimli dillərdən biri kimi seçilmişdir. Onun artan populyarlığı birbaşa olaraq asanlığı ilə əlaqədardır. Bu dilin yeganə dezavantajı C++ ilə müqayisədə orta hesabla 10 dəfə daha az sürətə sahib olmasıdır. Hesab edilir ki, bu, yaxın 7-10 il ərzində Python-un populyarlığının azalmasına səbəb ola bilər.

Python öz aktuallığını yaxın illərdə itirməməsinə səbəb olacaq sahələrdən biri də Data Science-dır. Son bir neçə il ərzində, elə sırf onun sayəsində sayəsində Netflix sevdiyiniz TV şoularını və filmlərini tövsiyə etdiyi, Spotify isə yeni sevimli mahnınızı dəqiq təxmin etməyi bacarır.

Tələb olunan digər bir proqramlaşdırma dili də C dilidir. Əlavələrin olmaması inkişaf prosesini sürətləndirir, lakin məhsuldarlığı azaldır. Bu dilin nə dərəcədə lazımlı olduğu ilə bağlı sizdə anlayış yaratmaq üçün, Microsoft və Oracle kimi böyük şirkətlərin C proqramçılarına rəqabətli maaşlar verməyə hazır olmasını qeyd edə bilərik.

C++. Güclü ümumi təyinatlı proqramlaşdırma dili hesab edilir. O, süni intellekt, neyron şəbəkələr, oyunlar, həmçinin fiziklər və hətta musiqiçilər üçün də lazımdır. Öyrənilməsi asan dil deyil, onun üzərində proqramlaşdırarkən eyni anda bir neçə nüansı nəzərə almaq lazımdır. Nə qədər qorxuducu səslənsə də, səhvləri bağışlamayan bir dildir.

C# stabil olaraq öz mövqeyini qoruyan bir proqramlaşdırma dilidir. C++ ilə müqayisədə daha sadədir. Bu dil demək olar ki, bütün sahələrdə istifadə olunur: neyron şəbəkələrdən başlayaraq, telefonlar oyunları, eləcə də veb proqramlar yaradana qədər.

JavaScript hələ də populyarlığını itirmir və əmək bazarında yüksək tələbata sahibdir. StackOverflow araşdırmasına görə, proqramçıların demək olar ki, 70%-i bu dildən öz fəaliyyətlərində istifadə edir. JavaScript yalnız veb inkişafı üçün deyil, hətta robototexnika proqramlaşdırması üçün də istifadə olunur. SQL. Sadə dillə desək, məlumatların saxlanması, verilənlər bazasını vaxtında yeniləmək və ya silmək üçün istifadə olunan proqramlaşdırma dilidir.

SQL təkcə proqramçılar arasında deyil, həm də mühasibat və marketinq sahəsində fəaliyyət göstərən şəxslərin işlərinin bir hissəsini İT departamentinə həvalə etməməyə imkan verir. Və onu da qeyd etmək istərdik ki, vakansiyalara olan tələblər arasında SQL dili son illərdə hətta Python dilini də qabaqlayıb.