Menyu

Mükəmməl Məhsul Lideri olmaq!

Biz həqiqətən də inanırıq ki, iş düzgün və effektiv görüldükdə, Məhsul Lideri, möhtəşəm texnologiyalar və dizaynerlərdən ibarət çarpaz funksional komandaya işlərini yerinə yetirməyə kömək edə biləcək güc multiplikatoru rolunu oynayır.

Xüsusilə qeyd etmək lazımdır ki, Məhsul Menecerinin iş təsviri ya həddən artıq qeyri-müəyyən (məhsula məsuliyyət daşıyırsınız) və ya həddindən artıq xüsusi ola bilər (məhsulun xüsusiyyətlərini siz yazırsınız).

 

Öhdəlik 1: Məhsul Strategiyası

Məhsul Strategiyası

Məhsul Menecerinin vəzifəsi aşağıda göstərilən iki sadə suala cavab tapa bilmək və bunları icra etməkdir:

• Hansı oyunu oynayırıq?

• Hesabı necə saxlayırıq?

 

Bu iki sualı düzgün cavablandırdığınız təqdirdə mühəndislik, əməliyyatlar, keyfiyyət, dizayn və marketinq bacarıqlarına malik bir qrup parlaq əməkdaş sizinlə eyni istiqamətdə hərəkət etməyə başlayacaqdır. Bunlar olmadan, heç bir prioritetləşdirmə və ya icra nəzarəti sizi xilas etməyəcək. Hər kəsə məlumdur ki, mükəmməl proqram təminatının yaradılması müxtəlif istedadlar tələb edir və əsas innovativ ideyalar müxtəlif sahələrdən yarana bilər. Oynadığınız oyunu və müvəffəqiyyəti mühakimə etmək üçün istifadə etdiyiniz ölçüləri aydın şəkildə təsvir etmək Məhsul Menecerindən asılı olmayaraq komandaya müxtəlif ideyaları çeşidləməyə və hansının üzərində hərəkət etməyə dəyər olduğuna qərar verməyə imkan verir.

Hansı oyunu oynadığınızı aydın şəkildə müəyyənləşdirmək, məhsula baxışınızı, müştərinizə verdiyiniz dəyəri və rəqiblər üzərində fərqli üstünlüyü əhatə edir. Bununla belə, daha da əhəmiyyətlisi, komandanızın bazarda qazanacağı yolu aydın şəkildə ifadə etməsidir. Bunları düzgün seçdiyiniz halda, komandadakı hər kəs qalibiyyətin nə demək olduğunu aydın təsəvvür edəcəkdir.

Siz bu sualları istənilən Məhsul Menecerinə verməli və bu iki suala nəinki aydın, həm də inandırıcı cavablar ala bilməlisiniz. Nəticə: birlikdə çalışma, daha yaxşı motivasiya, innovativ ideyalar və iynəni belə hərəkət etdirən məhsullar.

 

Öhdəlik 2: Prioritetləşdirmə

Prioritetləşdirmə
Komanda hansı oyunu oynadığını və hesabı necə saxlamağı bildiyi təqdirdə prioritetləşdirmə daha asan olur. Onların strategiyası və hər hansı ölçüləri üzərində işlərin mərhələli şəkildə həyata keçirilməsini təmin etmək - bir Məhsul Meneceri üçün əsas öhdəliklərdən biridir.

Mərhələləşdirmə hər hansı bir sahibkarlıq cəhdinin mühüm hissəsidir. Lakin əksər məhsullar və şirkətlər, təkcə böyük ideyaların olmamasına görə deyil həmçinin hansının birinci həyata keçirilməsinin vacib, hansının isə sonraya qədər gözləyə biləcəyi səhvinə əsaslanaraq, uğursuzluğa düçar olurlar.

 

Öhdəlik 3: İcra

 

İcra
Təcrübədə məhsul menecerləri yüzlərlə müxtəlif işlər icra edirlər.

Nəticə etibarı ilə məhsul menecerləri məhsulu göndərir, bu o deməkdir ki, Məhsul Menecerləri prosesdə bağlanması lazım olan hər hansı boşluqları bağlayırlar. Bəzən məzmun müəllifii, bəzən dizayner, bəzən “QA”, bəzən də piar belə edirlər. Məhsulun uğurlu olması üçün imkanları daxilində edilməsi lazım olan hər şeyi edirlər.

• Məhsulun xüsusiyyətləri – komandanın nə qurduğuna dair aydınlığı təmin etmək üçün lazımi təfərrüat səviyyəsi.

• “Edge case” qərarları – çox tez-tez gözlənilməz və mürəkkəb kənar hallar gündəmə gəlir. Tipik olaraq, Məhsul Meneceri məhsulun digər hissələrinə potensial təsirlər üçün bu qərarları tez bir zamanda yoxlamaq üçün hazırdır.

• Layihənin idarə edilməsi – Gözləntilər qaçılmazdır. İstehsal dövrü ərzində Məhsul Meneceri son olaraq məhsulun bazara çıxarılması və bazarda müvəffəqiyyətə çatmaq üçün düzgün vaxt balansını təmin etmək üçün potensial problemlərdən bir neçə addım qabaqda olmalıdır.

• Analitika – nəticədə komanda Məhsul Menecerinin funksiyanın məqsədlərinə çatmaq üçün funksiyanın hansı hissələrinin kritik olduğuna dair təfərrüata malik olmasından asılıdır. Onlar həmçinin Məhsul Menecerindən, mövcud xüsusiyyətlərin (və rəqib xüsusiyyətlərinin) performansını dərindən başa düşməsini gözləyirlər.

 

Əlinizdən gələni edin!

Mükəmməl Məhsul Lideri olun!