Menyu

Instagram-da satışa necə başlamaq və ya Instagram-da biznes səhifəsini necə yaratmaq olar?

Əvvəlcə onu qeyd edək ki, heç şübhəsiz, Instagram biznes üçün güclü bir vasitədir.
Insanların təxminən 83% -i bildirirlər ki, İnstaqram vasitəsi ilə yeni bir məhsul və ya hətta yeni bir xidmət kəşf ediblər və təxminən 80% isə bildirir ki, Instagramıın köməyilə məhsulu araşdırır və nəticədə alış-veriş edib-etməmək üçün qərar qəbul edir.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, əgər siz İnstaqramdan yeni auditoriya əldə etmək, brendi daha da tanıtmaq və nəticədə satışları artırmaq üçün istifadə etmirsinizsə, heç ağlınıza gəlməyəcək fürsətləri əldən verirsiniz.

Bu bloqda Instagram biznes hesabından necə istifadə olunacağından və bu hesaba sahib olmağın üstünlüklərindən bəhs edəcəyik. İnstaqramdan maksimum faydalanmaq üçün istifadə etməli olduğunuz beş strategiyaya daha dərin nəzər salaq.


1. Yüksək keyfiyyətli və düşünülmüş məzmun

Instagram hər şeydən əvvəl əyani platformadır. Auditoriyanı cəlb etmək üçün keyfiyyətli və düşünülmüş məzmunun təqdim edilməsinə vaxt sərf etmək lazımdır.
Instagram, ölkəmizdə o qədər populyar olmasa da, insanların cəlb edilməsi baxımından Facebook və Twitter-i üstələyir. Instagramda uğurlu olmaq üçün auditoriyanı cəlb edəcək və onları sizin biznesinizdə iştirak etməyə təşviq edəcək dəyərli bir məzmun yaratmaq lazımdır. Öz brendinizə sadiq qalaraq müştərilərinizi necə sevindirə biləcəyiniz barədə düşünün.

Brendin tanınmasını artırmaq və satışları yüksəltmək üçün sadəcə məhsulunuzun şəkillərini yerləşdirmək lazım deyil. Əslində, bəzi hallarda bunu etməsəniz, daha yaxşı olar. Məsələn, ETOSODA uşaqlıqdan hamımıza məlum olan, yalnız qidalarda deyil, hər yerdə istifadə edilə bilən adi yemək sodası satır. Etiraf edim ki, mən bu brendin İnstaqramdakı biznes hesabını izləməyə başlayana qədər heç vaxt bu məhsulun böyük bir pərəstişkarı olmamışam. Adi sodanın fotoşəkillərinin əvəzinə, onlar öz izləyicilərinə yumorla müraciət edir, tez-tez müvafiq memlər və ya məzəli sitatlar, film tövsiyələri və s. kimi məlumatlar dərc edirlər.

etosoda-instagram-page

@etosoda hesabından foto

ETOSODA yumora əsaslansa da, The North Face kimi digər brendlər öz izləyicilərinin diqqətini cəlb etmək üçün təsirli macəra görüntülərindən istifadə edirlər.

Məsələ ondadır ki, brendlər Instagram platformasından ancaq reklam üçün istifadə etməməli, Instagram auditoriyasının dəyərini artırmalıdırlar. Bu, sizin uzunmüddətli uğurunuz üçün çox vacibdir.
Yekun nəticədə, sizin biznesinizə ən uyğun olan məzmunu tapmaq üçün «sınaqlar və səhvlər» metoduna ehtiyac ola bilər.


2.  Mövzuya sadiq qalın

Hər bir Instagram postunu veb saytınızın ayrıca bir səhifəsi kimi təsəvvür edin. Düzdür, hər post özlüyündə yaxşı olmalıdır, ancaq ideal olaraq, auditoriyanın sadiqliyini qorumaq üçün uyğun bir mövzu yaratmalısınız.
Qeyd etmək lazımdır ki, mən mövzunu geniş mənada nəzərdə tuturam, belə ki, mövzu haştaq və imzalardan hekayə və fotoşəkillərə qədər, hər bir aspekti əhatə edir. Uyğun bir səs tonu və lent üçün vahid estetika yaratmalısınız. Nəticədə, yazılarınızı nə qədər konkret və ardıcıl şəkildə dərc etsəniz, əsl auditoriyanı cəlb etmək şansınız bir o qədər çox olacaq. Müxtəlif mövzularda daha çox insana müraciət etməyi düşünə bilərsiniz, amma nəticədə, konkret bir məsələyə müraciət etmək daha güclü və səmimi əlaqələr yaratmağa kömək edəcək.
Məsələn, MVMT-yə nəzər salaq. Heç şübhəsiz, onların kanalı oxşar filtrlər və rəng palitrası ilə seçilir və daha  tünd  və kəskin təsvirlər vurğulanır:

mvmt-instagram-feed

@mvmt hesabından foto

 

Onların ardıcıllığı imzalarında eyni dərəcədə aydın görünür. Hər postda eyni haştaqı görəcəksiniz: #jointhemvmt.

3.  Öz auditoriyanızla ünsiyyət qurun

Auditoriyanızla münasibətləriniz abunəçilərinizin özlərini dəyərli hiss etmələrinə və nəticədə sizin biznesinizlə daha çox əlaqədə olmalarına kömək edir.
Auditoriya ilə əlaqələr qurmağın bir çox yolu var. Siz yazılarınıza dair bildirilən şərhlərə cavab verə, müzakirələrdə iştirak edə, müsabiqələr keçirə və ya hədiyyələr verə, İnstagram Hekayələrindəki anket funksiyasından istifadə edə, yaxud da xüsusən də, sizin brendinizlə əlaqədar bir məlumat dərc edən abunəçiləri təbrik edə bilərsiniz.
Giveaways adlandırılan hədiyyə kampaniyasını təşkil edərək, abunəçilərinizdən xahiş edirsiniz ki, öz postlarında dostlarını qeyd etsinlər, bu da öz auditoriyanızı genişləndirmək üçün təsirli bir strategiyadır.

4.  İnnfluenserlərin gücündən istifadə edin

İstehlakçı olaraq, yəqin ki, son vaxtlar ölkəmizdə influenserlərin Instagrama axın etdiklərini görürsünüz. Öz auditoriyası ilə etibarlı əlaqələri olan və mötəbər məlumat mənbəyi hesab edilən nüfuzlu bir şəxsin (İnfluenser, Bloggerlər) gücündən istifadə edərək, brendin tanıdılmasını artırmaq və satışları stimullaşdırmaq olar.
Xüsusilə, mikrotəsir brendi dəstəkləmək üçün əla fürsətdir. Tədqiqatlar göstərmişdir ki, böyük ehtimalla, istehlakçıların 82%-i mikrotəsirə malik şəxsin tövsiyələrinə əməl edirlər. 
Ənənəvi reklamlara investisiya qoymaq üçün öz büdcənizdən və resurslarınızdan istifadə edə bilərsiniz, lakin təsir marketinqinin köməyilə daha məqsədyönlü və effektiv marketinq kampaniyası yaratmaq çox vaxt daha asan olur. Nəticədə, nüfuzlu şəxslər əsələdə maraqlı olan sadiq abunəçilər əldə edirlər. Əgər siz öz fəaliyyətiniz üçün düzgün influenserləri müəyyənləşdirsəniz, məhsullarınızı və ya xidmətlərinizi həqiqətən bəyənən və dəstəkləyən abunəçilər tapmaq şansınız daha çox olacaq. 

5. . Instagramda reklam kampaniyasını həyata keçirin.

Instagram reklamlarından istifadə etmək üçün iki səbəb var: brendə dair məlumat yaymaq və ya satışları artırmaq.
Effektiv reklam kampaniyası yaradarkən konkret bir hədəfə yönəlmək çox vacibdir. İnstaqramda hər hansı bir məhsulu satmağı hədəfləyən reklamlar abunəçi qazanmağı hədəfləyən reklamlardan çox fərqli olacaq.
Məsələn, bu gün İnstagram lentimdə görünən bu Udemy reklamına nəzər salın. Mənə dizayn proqramlarını öyrətmək üçün cazibədar təklif irəli sürən və ödənilən pulun 100% geri qaytarılacağına dair zəmanət verən bu reklam ehtimal ki, yüksək konversiyadır. Udemy-nin məqsədi tam aydındır: insanları öz məhsullarını almağa sövq etmək. 

udemy-ad

Udemy reklam hesabından foto  1

udemy-ad-text

Udemy reklam hesabından foto  2

Effektiv kampaniya həyata keçirmək üçün onu yaratmazdan əvvəl nəyə nail olmaq istədiyinizə qərar vermək vacibdir.
Hədəfi seçdikdən sonra reklam faylı (ad creative) yaratmalısınız. İlk strategiyada müzakirə etdiyimiz kimi, reklamınızın uğurlu olmasını istəyirsinizsə, dəyərli vizual məzmun yaratmalısınız. Digər Instagram reklamlarına baxın və onları necə təqlid edə biləcəyiniz barədə düşünün. 
Bundan başqa, sizin biznesinizə daha çox nəyin uyğun olduğunu müəyyən etmək üçün eyni elanın bir neçə variantının A / B testi (hər versiya üçün mətnin, şəklin və ya hədəf auditoriyanın  dəyişdirilməsi) də faydalı olar.
Reklamınızı yaratmağa hazır olduqda, Facebook Reklam Menecerindən (Facebook Ads Manager) istifadə edin. Bununla yanaşı, Ads Manager hədəf auditoriyanı (ideal demoqrafikqrupun yeri, yaşı və fərqli maraqları daxil olmaqla) daraltmaq, reklam üçün hədəf seçmək və reklamın effektivliyini təhlil etmək imkanı verir. 

Bu strategiyaları həyata keçirməzdən əvvəl sizin Instagramda biznes profiliniz olmalıdır.
Instagram biznes profili nədir?
Instagram biznes profili Instagramda brendlər və təşkilatlar üçün təqdim edilən xüsusi hesabdır. Biznes profil sayəsində Instagram İnsights kimi əlavə funksiyalara çıxış əldə edəcək və reklam təqdim etmək imkanı qazanacaqsınız.

Instagram biznes profilinin müsbət və mənfi cəhətləri
"Bütün bu məlumatların nəyə aid olduğunu və onunla necə davranacağımı bilmirəm" deyə düşünə bilərsiniz.
İşə başlamazdan əvvəl biznes profilinin sizə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün bir sıra  müsbət və mənfi aspektlər:

Müsbət aspektlər
•    Nəşrlərinizin və hekayələrinizin effektivlik göstəricilərinə baxış (ölçülər)
•    Abunəçilərinizin məzmunla qarşılıqlı əlaqələrini izləmək imkanı
•    Reklam kampaniyaları həyata keçirmək üçün lazım olan funksiyalardan istifadə imkanı
•    Saytınıza trafik göndərə bilmək üçün hekayədə URL ünvanların əlavə edilməsi funksiyası – Gain funksiyası (lakin bu, yalnız 10.000 abunəçi topladıqdan sonra mümkündür) 

Mənfi aspektlər 
•    Daha az təbii əhatə və görüntü
•    Reklam funksiyalarından istifadə etmək üçün Facebook uçot hesabına ehtiyacınız var.
 
Əksər markalar üçün biznes profilinin üstünlükləri əlavə funksiyalar və analiz sayəsində mənfi aspektləri üstələyir. Bununla belə, hərəkətə keçməzdən əvvəl hədəfləriniz barədə düşünməlisiniz.

Oxuduğunuz üçün təşəkkür edirəm! Ümid edirəm ki, bu məlumat sizin üçün faydalı olacaq! 

Mənbə:  Hubspot, Facebook & İnstagram