Menyu

2022-ci il üçün 6 sosial mediya marketinq trendləri və proqnozları.

2021-ci ilə olan məlumata görə, dünyada təxminən 3,78 milyard sosial mediya istifadəçisi var. Sosial mediyadan istifadənin qarşıdakı illərdə artmağa davam edəcəyi proqnozlaşdırılır.

2022-ci ildə və ondan sonra sosial şəbəkələrdə üstünlük təşkil edəcəyi proqnozlaşdırılan 6 əsas tendensiya ilə paylaşıram.

 

1. Sosial şəbəkələr alış-veriş platformasına çevrilir

Son beş ildə “Instagram-da alış-veriş” axtarışları 78% artıb. Pandemiya zamanı alış-veriş virtuallaşdıqca, sosial mediya getdikcə populyarlaşan pərakəndə satış məntəqələrinə çevrildi. Gənclər sosial mediyada daha çox alış-veriş edirlər.

İstifadəçilərin təxminən 70%-i məhsul kəşf etmək üçün Instagram-a müraciət edir və Instagram istifadəçilərinin təxminən 90%-i ən azı bir biznes səhifəsini izləyir.

Facebook sosial ticarət üçün də yaxşı seçimdir. 2020-ci ildə Facebook alış-veriş alətlər qutusuna mağazalar əlavə etdi, o cümlədən Facebook Marketplace və Shopping Ads. Facebook Mağazaları istifadəçilərə Facebook və ya Instagram vasitəsilə alış-veriş edə biləcəkləri bir pəncərə yaratmağa imkan verir.

 

2. Qısa video məzmunun yayılması

Videolar çox vaxt sosial mediyada fotodan daha yaxşı nəticə göstərir. Araşdırmalara görə, 2022-ci ildə onlayn məzmunun 82%-i video olacaq.

TikTok qısa videolar üçün sosial şəbəkədir. 2020-ci ilin ilk üç ayında TikTok dünya üzrə 315 milyon dəfə endirilib, bu, kvartl ərzində tətbiq yükləmələrinin sayına görə rekorddur. Tiktokdan sona digər sosial mediya şirkətləri də qısa videolar üçün daha çox imkanlar yaratdı. TikTok ilə rəqabət aparmaq üçün Instagram 2020-ci ildə Instagram Reels-i istifadəyə verdi. YouTube həmçinin 2020-ci ildə TikTok və Instagram Reels-ə rəqib olaraq yeni YouTube Shorts funksiyasını təqdim etdi. YouTube Shorts hələ başlanğıc mərhələsində olsa da, artıq dünya üzrə gündəlik 15 milyard baxış alır.

Qısa videoların populyarlığı artsa da, uzun videolar canlı yayımlar ictimai tədbirlər və görüşlər üçün getdikcə daha çox istifadə olunurdu. Onların da istifadəsi 2020-ci ildə 99 faiz artıb və 2022-ci ildə böyüməyə davam edəcəyi gözlənilir.

Sosial şəbəkələr gündəlik həyatın bir hissəsinə çevrilir

3. Sosial şəbəkələr gündəlik həyatın bir hissəsinə çevrilir

Təkcə sosial şəbəkə istifadəçilərinin sayı deyil, həm də istifadəçilərin sosial mediyada keçirdikləri vaxt da artır. İnsanlar hər gün orta hesabla sosial mediyada 145 dəqiqə vaxt keçirirlər. Bu, 2012-ci ildə insanların sosial mediyaya sərf etdiyi vaxtdan təxminən bir saat artıqdır.

Ümumilikdə, pandemiya zamanı dünya üzrə sosial mediyadan istifadə (Whatsapp kimi mesajlaşma proqramları daxil olmaqla) 21% artıb. Bu, sosial mediyanı marketoloqlar üçün getdikcə daha populyar bir kanala çevirir.

 

4. Facebook lider olaraq qalır (hələlik)

Facebook dünyada ən çox istifadə edilən sosial mediya platforması olaraq qalır, ondan sonra YouTube gəlir. Instagram və TikTok dünyada dördüncü və yeddinci ən populyar platformalar idi.

Facebook-un böyüməsi dayanmadan davam edir. Platformanın hazırda təxminən 1,845 milyard gündəlik istifadəçisi və 2021-ci ilin avqustunda təxminən 22 milyard ziyarətçisi var. Orta hesabla bir istifadəçi Facebook-da gündə təxminən 58 dəqiqə vaxt keçirir.

Digər tərəfdən, orta hesabla YouTube istifadəçisi platformada təxminən 40 dəqiqə vaxt keçirir. YouTube-un gündəlik təxminən 30 milyon istifadəçisi var, 2021-ci ilin avqustunda isə 35 milyarda yaxın ziyarətçi var.

Instagram-ın 500 milyon aktiv gündəlik istifadəçisi var və 2021-ci ilin avqust ayında ziyarətçilərin ümumi sayı 6 milyardı keçib. Orta hesabla bir istifadəçi Instagram-da təxminən 53 dəqiqə vaxt keçirir. Orta hesabla, bir TikTok istifadəçisi proqrama gündə təxminən 52 dəqiqə vaxt sərf edir.

 

5. Virtual reallığın imkanları

Artırılmış reallıq (AR) bazarı hələ başlanğıc mərhələsindədir. Amma proqnozlara görə, yaxın illərdə bu, daha da güclənəcək. 2022-ci ilin sonuna qədər istehlakçıların təxminən 48%-nin AR-dan bu və ya digər formada istifadə edəcəyi proqnozlaşdırılır. Mobil şəbəkələr gücləndikcə və sürətləndikcə AR və VR-nin daha populyar olacağı gözlənilir. AR bazarının 2023-cü ilə qədər illik 70-75 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

 

6. Influencer tərəfindən yaradılan məzmundan artan istifadə

Influencer tərəfindən yaradılan məzmundan artan istifadə

Şirkətlər getdikcə daha çox bloqer tərəfindən yaradılan məzmunu sosial mediya marketinq strategiyalarına daxil edirlər.

Bloqerlər tərəfindən yaradılan kontentdən istifadə edən brendlərin təkrar ziyarətçilərində 20%, iistifadəçilərin vebsaytlarında keçirdikləri vaxtda isə 90% artım var.

Müəssisələr üçün influencer tərəfindən yaradılan məzmunun bir sıra üstünlükləri var, o cümlədən ənənəvi reklamlardan daha ucuz, daha başa düşülən və brendlərə özünü daha orijinal və sosial cəhətdən şüurlu hiss etməyə kömək edə bilər.