Menyu

2021-ci ildə diqqət yetirməli olduğunuz 10 No-Code platforma

No-Code alətlər sıradan kompyuter istifadəçilərinə proqramlaşdırma dillərinə müraciət etmədən (ümumiyyətlə kod yazmadan) veb sayt və ya mobil tətbiq hazırlamağa imkan yaradır. Bu tip alətlər meydana gəlməmişdən, kifayət qədər inkişaf etməmişdən öncə adi veb sayt hazırlanması, yalnız proqramçılar tərəfindən həll oluna biləcək kifayət qədər çətin məsələ olaraq qalırdı. Günümüzdə bu artıq belə deyil! Baxmayaraq ki, no-code alətlər İT layihələrdə ağlınıza gələ biləcək istənilən məsələnin həllini reallaşdıra bilməsə də, düzgün alətlər toplusu seçimi ilə işinizi kifayət qədər rahatlaşdıra, daha öncə reallaşdırılması çətin və ya çox vaxt alan proqram əlavələrini daha əlçatan etməyə qadirdir.

Düşünsəniz, çox güman ki, low-code və ya no-code vasitələrdən atıq istifadə etmiş ola bilərsiniz. Web development ilə məşğul olursunuzsa, artıq bu cür vasitələrlə işlədəyiniz ehtimalı daha da artır. Özünüz, belə vasitələrdən istifadə etdiyinizə inanmasanız da, bilin ki, heç olmasa bir şəkildə artıq onlardan istifadə etmisiniz.

Bu məqalədə, ən çox istifadə olunan no-code platformalardan bəzilərinə nəzər salacağıq. Bu platformaların istifadəsi proqramçıların qarşısında duran müxtəlif problemlərin həllini asanlaşdıra bilər. Ancaq bu platformalar haqqında danışmağa keçməzdən əvvəl no-code vasitələrin (platformaların) nə olduğunu və necə istifadə edildiyini danışaq.

 

No-code platformalar nədir?

Dərhal bir vacib məqama aydınlıq gətirməyi təklif edirəm: adında "no-code" olan bir vasitədən istifadə etmək, mütləq onunla işləyərkən kod yazmağa ehtiyacınız olmayacağı anlamına gəlmir. "No-code" adlanan alət, kod yazmağı tələb etməyən proqramlaşdırmaya bir yanaşmadır. Bunun əvəzinə, proqramçıya interfeysdə təqdim olunan qrafik vasitələrindən istifadə etmək təklif olunur.

Ənənəvi proqramlaşdırma, "no-code alətlər" kimi bir fenomendən danışsaq, heç yerə getmir. Axı, bu vasitələr eyni kodu yazan proqramçılar tərəfindən yaradılır. Ancaq hər halda, bu cür vasitələrin son istifadəçiləri üçün (əksər təşkilatlar üçün) istifadəsi ənənəvi tətbiq yaratma vasitələrindən istifadə etməkdən daha ucuz və daha asandır. Burada görəcəyiniz iş, proqram kodu yazmaq əvəzinə qrafik interfeysdəki modul və ya funskiyaları seçməklə təşkil olunur.

 

No-code alətlərin istfadəsi

Müasir no-code alətlər ilə demək olar ki, hər şey reallaşdırmaq olar. Siz, fərqində olmadan belə, çox güman ki, bu tip alətlərdən artıq istfadə etmisimiz. Bu alətlər öz istifadəçilərinə veb sayt hazırlanmasından mobil tətbiqlərin hazırlanmasına qədər bir çox imkan yaradır. Bu vasitələrdən istifadə edərək işdə və ya evdə həll etməli olduğunuz işləri avtomatlaşdıra, məlumatları qaydalı şəkildə təşkil edə, xüsusi layihələr yarada və bununla da pul qazana bilərsiniz. Yeri gəlmişkən, İnternetdə hər hansı bir sorğu yaratdığınızı xatırlaya bilirsiz? Bu cür sorğular yaratmaq üçün vasitələr də no-code vasitələrdir.

Bu, kodsuz hərəkatın müəyyən bir iqtisadiyyat sahəsinə və ya fəaliyyət sahəsinə yönəldiyini söyləmək deyil. Bu vasitələrin bir çox çeşidi var. Ancaq bu, bütün bu vasitələrin müxtəlif sahələrdə müəyyən məqsədlərə çatmaq üçün yaradıldığını inkar etmir. No-code alətlərin kankret hansısa bir fəaliyyət və ya iqtisadi sahəyə aid olduğunu demək düzgün olmaz. Çünki, bu alətlərin bir çox varisasiyası mövcuddur. Ancaq bu vasitələrin müxtəlif sahələrdə müəyyən məqsədlərə çatmaq üçün yaradıldığını inkar etmir.

Indi isə no-code alətlərin nə olduğunu və nəyə lazım olduğunu bir az anladıqdan sonra bu vasitələrin özləri haqqında danışaq.

 

1. Bubble

Bubble - bir tətbiqi yaradıldığı andan bir neçə saat ərzində istfadəçiyə çatdırmağa imkan verən no-coda alətdir. Üstəlik, belə bir tətbiq, onu yaradan şirkətlə birlikdə böyüyən bir layihə ola bilər. Bubble istifadə edənlərin tərəfində - sadəlik, funksionallıq və güclü alətlər dəsti dayanır. Bu platforma kod yazmadan, geniş imkanlara malik və eyni zamanda kompleks tətbiqlər yaratmağa imkan verir. Daha əvvəl proqramlaşdırma ilə məşğul olmayanlar üçün idealdır.

➤Əsas xüsusiyyətlər

  1. İstifadənin asanlığı və böyük hesablama gücü.
  2. Öncədən hazırlanmış əla şablon kitabxanası.
  3. Müxtəlif parametrləri fərdiləşdirmək imkanı.
  4. Dəyərli bir şey yaratmağa və ondan pul qazanmağa imkan verən ucuz bir tarif planına sahib olmaq.

 

2. Glide

Glide - sözün əsl mənasında 5 dəqiqə ərzində Google Cədvəllər əsasında tətbiqlər yaratmağa imkan verən bir vasitədir. Xüsusilə, mobil tətbiqlərdən bəhs edirik. Eyni zamanda, bu vasitənin istifadəçisinin müəyyən (“xüsusi”) imkanlara ehtiyacı olmadığı müddətdə pulsuz istifadə oluna bilər. Glide ilə işləmək üçün heç bir proqramlaşdırma təcrübəsinə ehtiyacınız yoxdur. Sizə və ya tanıdığınız birinin bir tətbiqə ehtiyacı varsa, Glide istifadə edərək tez bir tətbiq yarada bilərsiniz. Qeyd etmək lazımdır ki, layihə saytında keyfiyyətli şablonlar və təlimatlar var.

➤Əsas xüsusiyyətlər

  1. Pulunuza və vaxtınıza qənaət yaradacaq tətbiq hazırlama asanlığı
  2. İstifadənin asanlığı (hətta informasiya texnologiyaları ilə kifayət qədər dərindən tanış olmayan insanlar üçün də).
  3. Platforma daxilində olan resurs və funksionallıqlara aid xüsusi tələbləri olmayan tətbiqlər tam pulsuz tarif planı ilə hazırlana bilər.

 

3. Webflow

Webflow - kod yazmağa (və ya HTML işarələməyə) ehtiyac olmadan saytlar qurmağa, onları test etməyə və nəhayət publish etməyə imkan verən bir platformadır. Yaxşı və keyfiyyətli bir veb sayt qurmaq ənənəvi olaraq çox vaxt aparan bir işdir. Üstəlik, keçmiş illərdə hətta olduqca müasir və işlək bir veb layihəsi yaratmaq üçün çoxlu bilik tələb olunurdu. İndi Webflow kimi vasitələr sayəsində cəlbedici və funksional veb saytlar yaratmaq əvvəlkindən daha asandır. Əsasən, bir Webflow istifadəçisi üçün əsas problem nəyə ehtiyac olduğunu anlamaq və uyğun alətləri tətbiq etməkdir.

➤Əsas xüsusiyyətlər

  1. Alətlərin intuitiv anlaşıqlığı.
  2. Funskiyaların əlçatanlığı.
  3. İstifadə rahatlığı.
  4. Alətlə bağlı çoxsaylı təlimatların mövcudluğu.
  5. İş prosesini sürətləndirmək üçün bir çox öncədən hazır şablon.

 

4. Adalo

Adalo - çox qısa zamanda interaktiv tətbiqlər yaratmağa imkan verən bir platformadır. Bu alətdən hətta heç bir proqramlaşdırma dilini bilməyən insanlarda istifadə edə bilər. Adalo platforması Glide-a bənzəsə də, istifadəçilərinin yaratdıqlarını dərhal görməsinə imkan verən “Preview” funskiyasına malikdir. Bu platformanı mənimsəmək və imkanlarının sərhədlərini anlamaq istəyən hər kəs, bunun üçün yaradılan keyfiyyətli dərsləri öyrənməklə başlaya bilər.

➤Əsas xüsusiyyətlər

  1. Intuitiv aydınlıq.
  2. Hazırlanmış tətbiqlərin Apple App Store və Google Play -də yayımlanmaq bacarığı.
  3. Əla dərsliklər.
  4. Əlverişli qiymətlər.

 

5. Bravo Studio

Bravo Studio - məqsədi çox aydın olan bir layihədir. Bu alət məhz bir vasitədir, onun köməyi ilə tətbiq hazırlamaq - onu kod yazmadan sadəcə dizayn etməklə bitir. Bu platformada tətbiqlər yaratmaq üçün çox gözəl bir alət dəsti olsa da, bundan daha böyük funksionallığa malikdir. Xüsusilə, üçüncü tərəf API -lərinin inteqrasiyasını dəstəkləyir. Bu, xarici mənbələrdə əldə olunan məlumatlara xoş bir görünüş verərək onun əsasında kompleks tətbiqlər yaratmağa imkan verir. Bravo Studio, məhsul yaradıcılarına tətbiqlərini sımağa və yayımlamasına da kömək edir.

➤Əsas xüsusiyyətlər

  1. Xarici məlumatların tətbiqə inteqrasiya bacarığı.
  2. Müxtəlif qrafik elementlər və effektlər vasitəsilə tətbiqin görünüşünü zənginləşdirmək bacarığı.
  3. Tətbiqləri Apple App Store və Google Play-də dərc etmək üçün addımlı şəkildə hazırlanmış təlimatlar.

 

6. Carrd

Carrd - qısa müddətdə bir səhifəlik saytlar yaratmağa ehtiyacı olan şəxslər üçün ağıllı seçim adlandırıla biləcək bir platformadır. Carrd interfeysi bir neçə dəqiqə ərzində belə saytlar yaratmağa imkan verir. Burada ehtiyaclarınıza uyğun olaraq düzəldə biləcəyiniz bir çox şablon var. Bu platforma "Webflow -un sadələşdirilmiş analoqu" adlandırıla bilər.

➤Əsas xüsusiyyətlər

  1. Çox sadəddir.
  2. Heyrətamiz şablon kitabxanası var.
  3. Sadə və sürətli şəkildə veb sayt yaratmaq imkanı.

 

7. Thunkable

Thunkable - Thunkable, mobil tətbiqlər yaratmaq üçün əla bir platformadır. Məlumdur ki, tətbiqin hazırlanması prosesi nəzərdə tutulan funksiyaları planlaşdırmaq və həyata keçirmək kimi addımları əhatə edir. Tətbiqlərin funksionallığının planlaşdırılması mərhələsində müxtəlif fərziyyələri tez bir zamanda yoxlamaq bacarığı çox dəyərlidir. Thunkable -ı seçənlərin əldə edə biləcəyi inkişaf sürəti ilə fikirlərini potensial istifadəçilərlə tez bir zamanda çatdırma qabiliyyətinə sahibdirlər.

➤Əsas xüsusiyyətlər

  1. Sadə və istifadəçi yönümlü interfeys.
  2. Əlverişli tarif planları.
  3. Tətbiq hazırlamaq üçün sadə qrafik alətlər.

 

8. Zapier

Zapier - müxtəlif tapşırıqları avtomatlaşdırmaq üçün bir vasitə axtaranlar üçün doğru seçimdir. Bu alət sizdən uzun və kompleks kod yazmağı tələb etmir. Zapier, tək bir sətir kod yazmadan müxtəlif tətbiqləri birləşdirməyə, müxtəlif məsələləri avtomatlaşdırmağa və məlumat axınlarını təşkil etməyə imkan verir. ➤Əsas xüsusiyyətlər Gündəlik darıxdırıcı işləri asanlıqla avtomatlaşdırmaq imkanı. Adətən platfromanı özünüzə uyğun tənzimləmək nisbətən asandır. Daha çox funksional tələb olunan proseslər üçün tam pulsuz tarif plan və ümumiyyətlə əlverişli qiymət planları. Voiceflow Voiceflow - çox güman ki, öz istifadəçi interfeysi ilə məşhurlaşan bir vasitədir. Layihələrini səs imkanları ilə təchiz etmək istəyənlər üçün diqqət yetirməyə dəyər. Voiceflow, Amazon Alexa və Google Assistant üçün tətbiqlər yaratmağa imkan verir. Bu platformadan istifadə etmək çox asandır, səsli tətbiqlərin yaradılması kod yazmağa ehtiyac olmadan vizual olaraq (“drag&drop”) həyata keçirilir.

➤Əsas xüsusiyyətlər

  1. İntuitiv aydın şəkildə geniş imkanlar təklif edir.
  2. Olduqca rahat istifadəçi interfeysi.
  3. Səslə işləyən tətbiq yaratmaqla maraqlanan yeni başlayanlar üçün əladır.

 

9. Voiceflow

Voiceflow - çox güman ki, öz istifadəçi interfeysi ilə məşhurlaşan bir vasitədir. Layihələrini səs imkanları ilə təchiz etmək istəyənlər üçün diqqət yetirməyə dəyər. Voiceflow, Amazon Alexa və Google Assistant üçün tətbiqlər yaratmağa imkan verir. Bu platformadan istifadə etmək çox asandır, səsli tətbiqlərin yaradılması kod yazmağa ehtiyac olmadan vizual olaraq (“drag&drop”) həyata keçirilir.

➤Əsas xüsusiyyətlər

  1. İntuitiv aydın şəkildə geniş imkanlar təklif edir.
  2. Olduqca rahat istifadəçi interfeysi.
  3. Səslə işləyən tətbiq yaratmaqla maraqlanan yeni başlayanlar üçün əladır.

 

10. Airtable

Airtable - istifadəçilərindən proqramlaşdırma bacarığı tələb etməyən elektron cədvəl və verilənlər bazası ilə iş üçün nəzərdə tutulmuş bir platformadır. Airtable adi Google Sheets və ya Excell -ə bənzəyir, lakin bu alətin imkanları daha genişdir. Xüsusilə, layihələrin idarə olunması zamanı, komanda işi üçün vahid bir məlumat məkanından bəhs edirik. Airtable, ondan visual alətlərlə istifadə olduqca rahatlığı ilə xarakterizə olunur. Onunla işləmək xoş olmaqdan əlavə, hətta əyləncəlidir !

➤Əsas xüsusiyyətlər Intuitiv aydınlıq.

  1. Pulsuz versiyada bir çox faydalı funskiya var və ödənişli versiya çox da bahalı deyil.
  2. Bu platformada məlumatlarla bağlı demək olar ki, hər şeyi yaratmağa imkan verən alətlər mövcuddur.
  3. Verilənlər bazasına əsaslanan saytların və tətbiqlərin yaradılmasına imkanı.

 

Sonda Beləliklə, bu məqalədə 2021-ci ildə sizə hər hansı bir işinizdə kömək ola biləcək 10 “No-Code” aləti əhatə etdik. Əslində bu cür alətlərin sayı daha çoxdur. Ümid edirəm ki, hər hansı bir məsələni və ya problemi bu məqaləni oxuduqdan sonra qeyd olunmuş “No-Code” alətlərdən biri ilə reallaşdıra biləcəksiniz! Siz hansı “No-Code” alətdən istifadə edirsiniz və ya etmisiniz? Şərhlərdə qeyd etsəz, müzakirə üçün əla mövzu olar!