Məhsullarımızın mükəmməlliyinə nail olmaq üçün innovativ yanaşmalardan istifadə edirik

Tariximiz

İlk layihələrimiz orta biznes üçün İT-infrastrukturun qurulması ilə bağlı idilər. Buna baxmayaraq, bazarda öz unikal yerimizi müəyyən edib tutmaq, o cümlədən yeni üfüqlər açmaq arzusu gənc və təşəbbüskar komandamızı tamamilə müxtəlif istiqamətli və miqyaslı layihələrin həyata keçirilməsinə, personalın ixtisas sahələrinin məqsədyönlü tərzdə genişləndirilməsinə, eksperimental və texnoloji işlərin aparılmasına vadar etdi.

Biz dünyada Mobil Cihazların Qeydiyyatı Sistemini hazırlamış ilk şirkətlərdən biriyik

Bunların hamısı görülmüş işlər portfoliomuzu genişləndirdi, özümüzün məhsul sırasını formlaşdırdı, xidmətlər siyahımızı müəyyənləşdirdi, eyni zamanda tanınmağımızı da təmin etdi. Lakin, fikrimizcə, nailiyyətlərimiz sırasında ən əhəmiyyətlisi odur ki, hərtərəfli bacarıqlar və iri miqyaslı layihələrin idarə edilməsi sahəsində təcrübə əldə etdik. Məhz bunlar bu gün işimizi tələbat duyulan edir, gələcəyə əminliklə baxmağımıza əsas verir.

Biz yeganə yerli şirkətik ki, ACS-xidmətləri sahəsində həm Siemens, həm Sauter, həm də ki Johnson Controls vendorlarının rəsmi partnyoru statusuna malikdir

20+

il təcrübə

100+

uğurlu layihə

ideya və prototip

Biz Azərbaycanda Mobil Rabitə Operatorlarına xidmət təqdim etmiş ilk kontent-provayderik

Bu gün fəaliyyətimiz avtomatlaşdırılmış idarəetmə sisteminin, proqram təminatının, mobil xidmətlərinin inkişafının təkmilləşdirilməsinə yönəlib.

Əsas məqsədimiz təkcə göstərilən xidmətlərin keyfiyyətini artırmaq deyil, həm də müştərilərimizin xərclərini minimuma endirmək, innovativ yanaşmalar ərsəyə gətirməkdir.

Komandamızın uğuru bilavasitə mütəxəssislərin bir-birini tamamlayan bacarıqları, bilikləri və ixtisasları ilə müəyyən edilir.