Menyu

Xidmətlər


BİS sistemlərin hazırlanması

Məlumdur ki, Bina İdarəetmə Sistemləri (BİS) növbəti növ mühəndis sistemlərinin avtomatlaşdırılmasını nəzərdə tutur:

  1. İşıqlandırma;
  2. Havalandırma və kondisionerləşdirmə;
  3. İstilik;
  4. Yanğınsöndürmə;
  5. Elektrik təminatı;
  6. Su təchizatı;
  7. Daxilolmaya nəzarət və idarəetmə.

Ölkəmizdə BİS-ə tələbat son illər ərzində yaranıb və bu da ondan irəli gəlir ki, son dövrlərdə böyük tikililər çox sayda inşa edilir. Həmin tikililərin istismarı zamanı enerji resursları mümkün qədər effektiv, mühəndis sistemləri isə qaydalara tam uyğun şəkildə istifadə edilməlidir. BİS tətbiq etməklə, hər iki məqsədə asanlıqla nail olmaq mümkündür.

Sensorlardan daxil olan göstəricilərə əsaslanan BİS mühit parametrlərinin dəyişməsinə avtomatik rejimdə cavab verir və bununla təmin edir ki, göstəricilər əvvəlcədən təyin edilmiş qiymətlərə daim uyğun olsun. Bu cür səmərəli istifadə sayəsində enerji resursları xərcləri azalır və son nəticədə, BİS-in qurulmasına sərf edilmiş maliyyə vəsaiti özünü tamamilə doğrultmuş olur.

Bundan əlavə, BİS-in mühəndis sistemlərinin monitorinqi funksiyası və proqramlaşdırıla bilən ssenariləri imkan yaradır ki, problemlərin aşkar edilməsi və aradan qaldırılması qat-qat operativ surətdə həyata keçirilsin. Bu, daha yüksək təhlükəsizlik təmin edir, texniki qərar qəbuletmə prosesini sürətləndirir, ştatda çoxsaylı texniki personal saxlamaq zərurətini aradan qaldırır.

BİS-in əlavə üstünlüyü ondan ibarətdir ki, onun (BİS-in) varlığı bina istifadəçilərinə rahatlıq və komfort bəxş edir.

BİS hazırlanması sahəsində malik olduğumuz səriştəyə dair növbəti məqamları qeyd etməyinə dəyər:

  • KNX Assosiasiyasının  sertifikatlaşdırılmış partnyoru olduğumuz üçün sistemlərimizi KNX platforması əsasında hazırlayırıq, hansı ki beynəlxalq standartlara uyğun bir neçə əsas BİS platformalarından biridir;
  • Hal-hazırda DALI, Modbus, ZigBee, Z-Wave texnologiyaları/protokolları üzrə ixtisas əldə etmək üzərində çalışırıq;
  • Hazırladığımız hər bir sistemlə yanaşı sifarişçilərimizə unikal istifadəçi interfeysi də hazırlayıb təqdim edirik ki, həmin interfeys istər fərdi kompüterə, istərsə də mobil cihaza (smartfon və/və ya planşetə) qurulur və BİS-in idarə edilməsini asan və rahat məsələyə çevirir (interfeyslərin hazırlanması İridium platforması əsasında həyata keçirilir).

Bu sahədə topladığımız təcrübəyə gəlmişkən isə, onu qeyd etmək kifayətdir ki, Baku Crystal Hall-un işıqlandırma, istilik, havalandırma və kondisionerləşdirməsinə cavabdeh avtomatlaşdırılmış  idarəetmə sistemi bizim tərəfimizdən müvəffəqiyyətlə hazırlanıb istifadəyə verilmişdi.