Menyu

Xidmətlər


2016-cı il bizim üçün dəyişikliklər ili oldu. Bu dəyişikliklərin məğzi ondan ibarət deyildi ki, şirkətimiz re-brendinq edərək, adını RCom-dan Kibrit-ə dəyişdi, özünün web-saytını yenilədi. Əsas dəyişiklik o oldu ki, bu ilə qədəm qoyarkən, indən bəri nə ilə məşğul olacağımızı, nədən isə imtina edəcəyimizi özümüz üçün qəti müəyyən etdik. Təqdim etdiyimiz xidmətlər siyahısını nəzərdən keçirib, orada yalnız ən yaxşı bacardığımız xidmətləri saxlamaq və onları daha da təkmilləşdirmək qərarına gəldik:

  • Proqram Təminatının hazırlanması;
  • Binanı İdarəetmə Sistemlərinin hazırlanması;
  • İT-inteqrasiya;
  • İT-autsorsinq;
  • İT-audit və konsaltinq.

Bunların üzərində iş bizim üçün sanki bir yaradıcılıqdır. Buna şübhə edirsinizsə, sadəcə olaraq, ofisimizə baş çəkin: kollektivimizdə hökm sürən atmosferdən başlayaraq, ofisimizin interyerinədək – hər şey buna canlı sübutdur.