Menyu

Məhsullar


Bu bölmədə bizim istifadəyə hazır məhsullarımız haqda ümumi məlumat təqdim olunub. Daha ətraflı məlumat əldə etmək və ya istənilən məhsula dair nümayiş sifariş etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

Orange Line – Çağrı Mərkəzini İdarəetmə sistemi

Orange Line – Çağrı Mərkəzinin fəaliyyəti üçün lazım olan hər şeyə malik proqram sistemidir. O, özündə növbətiləri saxlayır:

  • Telefoniya
  • Müştərilərlə Münasibətləri İdarəetmə sistemi;
  • Müştəri Şikayətlərinin Emalı sistemi;
  • Operatorlar üçün Biliklər Bazası

Orange Line Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş və “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” sənədində sadalanmış bütün tələblərə tam şəkildə cavab verir.

Orange Line-nın özünün və mütəxəssislərimiz tərəfindən aparılan texniki dəstəyinin dəyəri müvafiq xarici analoqlar üçün tələb olunan qiymət və xərclərdən dəfələrlə ucuzdur. Sifarişçi, özünün tələblərindən asılı olaraq, Orange Line-nın tam və ya məhdud funksionala malik versiyasını əldə edə bilər.


Əsas imkanları

Telefoniya

Abonentin telefon nömrəsinin təyin edilməsi, səsli cavablandırma sistemi (Interactive Voice Recording), müvafiq operatorlar qrupu tərəfindən emal edilməsi məqsədilə zənglərin lazımi növbəyə salınması, zənglərin xətdə saxlanması və yönləndirilməsi, danışıqların yazılması, itirilmiş zənglərin qeydə alınması və s.

Müştərilərlə Münasibətləri İdarəetmə

Müştərilər bazasının tərtib edilməsi, müştəri profili üçün xüsusiləşdirilmiş anketin yaradılması, müştərilərin abonent nömrələrinə əsasən eyniləşdirilməsi, müştərinin bütün müraciətlərinə dair ətraflı məlumatın sistemdə saxlanması və s.

Müştəri Şikayətlərinin Emalı

Müştəri müraciətlərinin kateqoriya və alt-kateqoriyalara ayırd edilməsi, müxtəlif növ müraciətlərin emalı üçün zaman çərçivələrinin və məsul şəxsin/qrupun təyin edilməsi, müştəri müraciətlərinin emalı prosesinin izlənilməsi və digər imkanlar.

Operatorlar üçün Biliklər Bazası

Özündə müştərilərə təqdim olunan bütün məlumatları saxlayan və “ağacvari” strukturda əks etdirilən biliklər bazasının tərtib edilməsi; baza üzrə geniş axtarışın aparılması; müştəri müraciətini biliklər bazası elementinə “bağlamaq” imkanı və s.

Digər

Çağrı Mərkəzinin ümumi fəaliyyətinin real vaxt rejimində monitorinq edilməsi, operatorlar fəaliyyətinin və aktiv zənglərin monitorinq edilməsi, ümumi və xüsusiləşdirilmiş hesabatların formalaşdırılması, operatorların iş qrafikinin tərtib edilməsi və digər imkanlar.


Uğurlu istifadə