Menyu

Portfolio


İnsanı əməlləri ilə tanıyarlar. Budur bizim “əməllərimiz”. Buyurun, tanış olub bizi yaxından tanıyın.

İT-infrastruktur, paylanmış şəbəkə, informasiya təhlükəsizliyi

Azərbaycanda Nokia-nın rəsmi distribütoru olan və MobiTel ticarət markası ilə tanınan ITC Group şirkəti, Respublikamızın ərazisi üzrə paylanmış ticarət və servis nöqtələri şəbəkəsinə malikdir.  Müştərilərə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsi məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının fasiləsiz iş rejimində işləməsi, verilənlərin bütövlüyü, məlumatın təhlükəsiz ötürülməsi – sifarişçi tərəfindən irəli sürülən tələblər məhz bunlar idi. Serverlərin virtuallaşdırılması, proqram təminatının klasterizasiyası, VPN bağlantıların şifrələnməsi, təhlükəsizlik tokenləri, ikifaktorlu autentifikasiya və s. yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün seçdiyimiz vasitələr olmuşdur.

Bundan əlavə, domen sistemi, poçt serveri, korporativ antivirus, avadanlıq və proqram təminatının monitorinqi sistemi, IP-telefoniya və digər komponentlərin qurulması, proqram təminatının lisenziyalaşdırılması və informasiya təhlükəsizliyi siyasətinin hazırlanması sayəsində şirkətin IT-infrastrukturası korporativ standartlar səviyyəsinə qaldırılmışdır.