Menyu

Portfolio


İnsanı əməlləri ilə tanıyarlar. Budur bizim “əməllərimiz”. Buyurun, tanış olub bizi yaxından tanıyın.

Mobil Cihazların Qeydiyyat Sistemi

Dünyanın bir çox ölkəsində tətbiq edilən Mobil Cihazların Qeydiyyat Sistemi, Azərbaycana gətiriliən və burada istismar olunan bütün mobil telefonların IMEI kodları haqda məlumatı saxlayan vahid verilənlər bazasının yaradılmasını nəzərdə tutur. Məqsəd – mobil cihazların qeyri-qanuni idxalı, oğurluq və IMEI kodların klonlaşdırılması halları ilə effektiv mübarizə vasitəsinin əldə edilməsidir. Layihə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına cavab olaraq “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı” çərçivəsində hazırlanıb. Onun realizə edilməsinə GSM-operatorlarla yanaşı nazirliklər və dövlət qurumları da qoşulmuşdur: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və digərləri.

Belə iri miqyaslı sistemin yaradılmasının məhz bizə – RCom şirkətinə, həvalə olunması faktı ilə fəxr edirik. Analitik və əməkdaşlarımız, hökumətimizin nümayəndə heyəti tərkibində, Ankaradakı İnformasiya Texnologiyaları Təşkilatını ziyarət edərək, türk həmkarların təcrübəsi ilə yerində tanış olmuşdu. İşləyib hazırladığımız proqram-apart kompleksi “Mobil Cihazların Qeydiyyat Sistemi” adlandırılmış, çoxsaylı istifadəçi interfeysləri, analitik və statik modullarla təchiz edilmişdir. Hazırlıq prosesində Oracle, Jboss, Red Hat və s. əsasında qurulmuş bir sıra qabaqcıl texnologiyalardan istifadə olunmuşdur. Hal-hazırda, sifarişçinin