Menyu

Portfolio


İnsanı əməlləri ilə tanıyarlar. Budur bizim “əməllərimiz”. Buyurun, tanış olub bizi yaxından tanıyın.

Dizayn dəyişdirilməsi və yeni funksiyaların əlavə edilməsi

Ulduzum Bakcell şirkətinin sadiqlik proqramıdır. Bu proqram vasitəsi ilə Bakcell abunəçilərinə öz sadiqliyini nümayiş etdirir. Ulduzum proqramı çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.

Ulduzum mobil proqram tətbiqinin dizaynını yeniləmək və oyunlar, tərəfdaşların reytinqi, əlavə üstünlüklər (sayğaclar, cashback imkanı, lotereya şansları), tərəfdaşların rəyləri, kassa terminalı və s. kimi yeni funksiyaların mobil tətbiqə əlavə edilməsi bizim şirkətə həvalə edilmişdir.