Menyu

Portfolio


İnsanı əməlləri ilə tanıyarlar. Budur bizim “əməllərimiz”. Buyurun, tanış olub bizi yaxından tanıyın.

“OrangeLine” – Çağrı Mərkəzi əsasında qurulmuş Müştərilərlə Əlaqələri İdarəetmə (CRM) sistemi

6 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində açılmış Vətəndaşların Qəbulu Mərkəzi və “Qaynar xətt” xidməti vətəndaşlara məlumat və hüquqi yardım təqdim etmək məqsədlərinə xidmət edirlər.

Vətəndaşların Qəbulu Mərkəzi çərçivəsində bizim üçün ayrılmış rol daxil olan müraciətlərin emalı, onların müvafiq şöbələrə yönəldilməsi və vətəndaşlara rəsmi cavab təqdim olunandan sonra verilənlər bazasının arxivinə yazılmasını təmin edəcək proqram təminatının hazırlanıb tətbiq edilməsindən ibarət idi.

“Qaynar xətt” xidməti üçün isə FAQ Knowledge Base sistemi hazırlanmışdı. Sistem, operatorların iş prosesini xeyli asanlaşdırmış, məlumatın vətəndaşlara əvvəlcədən təyin olunmuş normalara uyğun, daha effektiv üsulla və yüksək səviyyədə təqdim etməyə imkan yaratmışdı.

Bundan əlavə, sistem statistik verilənlərin toplanması və hər iki mərkəzin fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanması funksionalı ilə təchiz edilmişdi.