Menyu

Tarix


Gəlin tanış olaq! Şirkətimiz Kibrit adlanır. Biz Proqram Təminatı tərtibatçısı və İnformasiya Texnologiyaları sahəsində çalışan sistem inteqratoruq. Tariximiz 2010-cu ildə başlamışdı – onda biz RCom adı ilə tanınır və yalnız İT-inteqrasiya sahəsində ixtisaslaşırdıq.

İlk layihələrimiz orta biznes üçün İT-infrastrukturun qurulması ilə bağlı idilər. Buna baxmayaraq, bazarda öz unikal yerimizi müəyyən edib tutmaq, o cümlədən yeni üfüqlər açmaq arzusu gənc və təşəbbüskar komandamızı tamamilə müxtəlif istiqamətli və miqyaslı layihələrin həyata keçirilməsinə, personalın ixtisas sahələrinin məqsədyönlü tərzdə genişləndirilməsinə, eksperimental və texnoloji işlərin aparılmasına vadar etdi. Bunların hamısı görülmüş işlər portfoliomuzu genişləndirdi, özümüzün məhsul sırasını formlaşdırdı, xidmətlər siyahımızı müəyyənləşdirdi, eyni zamanda tanınmağımızı da təmin etdi. Lakin, fikrimizcə, nailiyyətlərimiz sırasında ən əhəmiyyətlisi odur ki, hərtərəfli bacarıqlar və iri miqyaslı layihələrin idarə edilməsi sahəsində təcrübə əldə etdik. Məhz bunlar bu gün işimizi tələbat duyulan edir, gələcəyə əminliklə baxmağımıza əsas verir.